vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
20:58 | 21 oktyabr 2016 | Cümə Məqaləyə 1320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kərkükdə kamikadze hücumu...

...Çoxsaylı insan ölümünə səbəb olub

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqın şimal Dibis şəhərində iranlıların inşaat obyektində həyata keçirilmiş terrorçu-kamikadze hücumu nəticəsində 11 nəfər həlak olub. Kərkük şəhərində polis düşərgəsində və digər məkanlarda törədilmiş digər oxşar hücumlar zamanı isə İraqın 6 polis işçisinin və 12 İŞİD döyüşçüsünün öldürüldüyü bildirilir.

Polisə qarşı hücum zamanı düşərgədən atəş və bomba partlayışı səsləri gəlib. Yerli telekanalda yayımlanan videoda məntəqə qara tüstüyə bürünüb və fonda avtomat atəşi səsləri eşidilib.

Baş polis qərargahına ən azı 5 terrorçu-kamikadze hücum etdiyi deyilir. Onlardan biri üzərindəki bombanı partladılmazdan əvvəl polis tərəfindən zərərsizləşdirilib.

Hücumun məsuliyyətini İŞİD qruplaşması dərhal üzərinə götürüb.

Kərkük qubernatoru Nəcməddin Kərim bildirib ki, yaraqlılar Kərkükdə heç bir hökumət binasını ələ keçirə bilməsə də, iki İŞİD-çi hələ də otellərdən birində qalıb. Gün ərzində Kərkükün müxtəlif yerlərində atəş səsləri də eşidilib.

Polis məntəqəsinə hücumdan bir neçə saat sonra 3 terrorçu-kamikadze Kərkük yaxınlığındakı Dibis şəhərində təmir işləri aparılan elektrik stansiyasında özlərini partladaraq 11 nəfərin ölümünə səbəb olub.

İkinci hücumun məsuliyyətini hələlik heç kəs üzərinə götürməyib.