vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
20:31 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD yeni hücumlara başlayıb

Şəhər meri baş nazirdən kömək istəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qrupun silahlıları İraq hökumətinin diqqətini Mosulda hərbi əməliyyatlardan yayındırmaq cəhdilə qərbi Ənbər əyalətinə hücumlara başlayıb.

Rutba şəhərinin meri əyalətə üç istiqamətdən edilən hücumu «şiddətli» kimi təsvir edib.

Bu arada isə kürd Peşmərgə qüvvələri İŞİD-in Mosulun şimal-şərqində nəzarət altında saxladığı ərazilərə hücumlar edib.

Mosulu geri qaytarmaq üçün ötən həftədən bəri birgə hərbi əməliyyatlar aparılır - Peşmərgə şəhərə şimaldan, hökumət qüvvələri isə cənubdan yaxınlaşır.

Kürd qüvvələri bazar günü səhəri Başiqa yaxınlığındakı İŞİD mövqelərinə yeni hücumlar etdiklərini bildirirlər.

Rutbanın meri İmad Meshaal baş nazir Heydər əl-Abadiyə müraciət edərək «vəziyyəti nəzarətdə saxlamaq» üçün hərbi qüvvələr göndərilməsini istəyib.

İŞİD 2014-cü ilin iyununda Rutbanı zəbt etmişdi, amma 4 ay sonra hökumət qüvvələri şəhəri geri qaytara bilib.