vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
18:32 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1891 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Son ümidi də öldü»

ABŞ-ın yeni prezidentinin adı məlum oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentliyinə namizəd Donald Tramp noyabrın 8-də keçiriləcək seçkilərə 15 gün qalmış qələbə ümidlərini büsbütün itirib.

Virtualaz.org «Washington Post» nəşrinə istinadən xəbər verir ki, son sorğuların nəticələrinə əsasən hazırlanmış ABŞ-ın elektoral xəritəsinə görə, Tramp lazım olan 270 seçici səsini heç cür toplaya bilmir. Onun ümid edə biləcəyi maksimal seçici sayı 180-dir. Rəqibi Hillari Klinton isə, əksinə, 323 səs toplayacaq. Bu hesablamada hətta hələlik tərəddüd edən seçicilərin də mövqeləri Trampın xeyrinə nəzərə alınıb.

Donald Tramp respublikaçıların əzəli dayaqları olan Nevada, Yuta və Texas kimi ştatlarda da uduzmağa başlayıb. «Mütləq mənada demək olar ki, Tramp hətta 2012-ci il seçkilərində respublikaçı Mitt Romninin topladığı səsdən də az səs toplayacaq. Xatırladaq ki, 4 il əvvəl Romni cəmi 206 səs toplayaraq, Barak Obamaya 5 milyon səs uduzmuşdu», - qəzet  yazır.