vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:48 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Terror təhlükəsi davam edir

ABŞ İstanbuldakı diplomatların ailələrini yenə geri çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamenti Türkiyəyə səfər etməyi planlaşdıran və orada işgüzar səfərdə olan vətəndaşlarına xəbərdarlığın müddətini uzadıb. APA-nın verdiyi xəbərə görə, xəbərdarlığa əsasən, İstanbuldakı diplomatların ailələrinə yenidən ABŞ-a qayıtmaq tövsiyə edilib.

Xatırladaq ki, sentyabrın 24-də Dövlət Departamenti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ölkəni tərk etmiş amerikalı diplomatların ailələrinə Türkiyəyə dönməyə icazə verib. Lakin, Dövlət Departamenti bundan əvvəl, avqustun 29-da Türkiyədən getməsi tövsiyə olunan diplomatların siyahısını genişləndirib.

Bu dəfə isə tövsiyə yalnız İstanbuldakı baş konsulluğa aid edilib. ABŞ-ın Türkiyədəki digər diplomatik missiyalarına bu tövsiyə şamil edilməyib.

Bununla belə, Dövlət Departamenti Türkiyəyə səfər etməyin təhlükəli olduğunu qeyd edib.

«Terrorçu qruplaşmalardan gələn təhlükə bütün ölkədə artmaqdadır. Xüsusən də ölkənin cənub-şərq rayonlarına səfərlərdən yayınmaq lazımdır», - deyə məlumatda bildirib.