vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
13:18 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 734 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mosul «barıt çəlləyi»nə dönəcək

Sünni ərəblər, türkmənlər, kürdlər – onların təhlıükəsizliyinin qayğısına kim qalacaq?

Herbert PUNDİK, Politiken (Danimarka), 30.10.2016

MÖVZU İLƏ ƏLAQƏLİ

Qəniməti bölməyin vaxtı çatanda Vaşinqton Mosulu azad edənlərin arasında münaqişənin qopacağına görə getdikcə daha çox əndişəyə düşür. Mosul uğrunda döyüş hələ başlanmayıb. Hələlik söhbət hərbi baxımdan o qədər də təəssürat doğurmayan, İraq hökumət ordusu, kürd peşmərgə döyüşçüləri, Türkiyənin təlim keçdiyi sünni könüllülərdən ibarət koalisiyanın Mosul civarında bir sıra kəndləri azad etdiyi müqəddimədən gedir. İŞİD-in iki il əvvəl ələ keçirdiyi şəhəri koalisiyanın mühasirəyə aldığına baxmayaraq, İŞİD Suriyada yerləşən bazalardan yüzlərlə yaraqlını şəhərə göndərəməyə nail olub.

İŞİD-lə vuruşan koalisiya «düşmənimin düşməni mənim dostumdur» prinsipi üzrə təşkil olunub. Lakin düşmənimin düşməni və mənim düşmənim və yaxud ən pisi, dostumun düşməni dostum çıxsa, nə olacaq?

Amerikalı müşavirlər Mosulun azad edilməsində mərkəzi rol oynamalı olacaq İraq hökumət qoşunları ilə əlaqədədir. Lakin rəsmən İraq müdafiə nazirliyinə tabe olan, əslində isə İrandan əmrlər alan PMU şiə könüllü yığması amerikalılar Mosul uğrunda döyüşlərdə iştirak edəcəyi halda onlara hücum etmək hədəsi gəlir. On minlərlə şiə döyüşçüdən ibarət PMU şiə İranı tərəfindən silahlandırılır və bir çox baxımdan İraq hökumət ordusundan daha yaxşı silahlandırılıb. PMU Amerika müşavirlərini işğalçı sayır və Mosul ələ keçirildikdən sonra ABŞ-ın burada baza yaratmaq planından şübhələnir.

Amerikalılar üçün daha bir problem ABŞ-ın iki müttəfiqi – Türkiyə və İraq arasındakı münaqişədir. Bəzi icmalçılar hesab edirlər ki, Mosula hücumun təxirə salınmasının səbəbi məhz bundan ibarətdir.

Prezident Ərdoğan israr edir ki, Türkiyə Mosulun azad edilməsinə qatılmaqdan çıxdaş edilməməlidir. O ötən ilin dekabrında Mosuldan şimaldakı bazaya 25 tankın dəstək verdiyi minə yaxın əsgər göndərib. İraq hökuməti ölkənin suverenliyinə toxunmaqla bağlı etiraz ifadə edib. İraq parlamenti tələb edib ki, hökumət tədbir görsün. BMT Təhlükəsizlik Şurasına müraciət heç bir nəticə verməyib.   

Türk qoşunları ilə Amerika hərbi müşavirləri kimi türklərə də «işğalçı» kimi baxan PMU şiə döyüşçülər arasında toqquşma təhlükəsi var. Ərdoğan İraqa öz müdaxiləsini bununla əsaslandırmağa cəhd edir ki, öz sünni qardaşlarının maraqlarını müdafiə etməyə borcludur. O bildirib: «Sünnilərin müdafiəyə ehtiyacı var. Sünni ərəblər, türkmənlər, kürdlər – onların təhlıükəsizliyinin qayğısına kim qalacaq?»

Bu müdafiənin qayğısına türk qoşunları, deyil, 30 min ərəb, türkman və Mosuldan şimaldakı türk bazasında təlim keçmiş sünni kürdlərdən ibarət «Ninəva qvardiyası» qalmalıdır.

Ankara ehtiyat edir ki, əhalisinin böyük qismi sünnilər olan Mosul azad edildikdən sonra İraq hökumətinin, yəni şiələrin nəzarəti altına düşəcək.

Vaşinqton Ərdoğanı fəal hərbi əməliyyatlardan kənar durmaq və əvəzində diqqətini, gözlənildiyi kimi, hərbi əməliyyatlar rayonunu tərk edəcək saysız-hesabsız qaçqınlara humanitar yardıma cəmləmək üçün dilə tutmağa çalışır. İraq tələb edir ki, Mosul götürülərkən Türkiyə öz qoşunlarını çıxartsın. Vaşinqton deyir ki, uyğun saziş imzalanıb. Bağdad bunu inkar edir, Ankara isə sükuta dalıb.

Türkiyənin davranışı qismən iyul qiyamınn ölkə silahlı qüvvələrinə toxunmadığını nümayiş etdirmək istəyi ilə izah olunur, lakin bütün generalların yarısı ya istefaya göndərilib, ya həbsdə əyləşir.

Türkiyə-İraq münaqişəsinin arxasında İraqa kimin təsir edəcəyi ilə bağlı Türkiyə-İran münaqişəsi gizlənir. Ankara Şimali İraq Kürdüstanı muxtariyyətinin simasında özünə müttəfiq tapıb. Mosul Bağdadın və yaxud Tehranın nəzarətində olmaqdansa yaxşı budur, qoy, kürdlərin nəzarətində olsun. Hər halda, Ankara hələlik mükafat qismində kürdlərin Kərkük neft mərkəzinə nəzarət etmək tələblərinə müqavimət göstərmir.

Mosulun gələcəyi PMU şiə yığması ilə türklərin təlim keçdiyi sünnilər arasındakı münaqişədən asılıdır. PMU şiə yığması Mosul uğrunda döyüşlərdə iştirak etməsə, Ankara passiv mövqe tutacaq. Belə olmasa, Mosulun azad edilməsi bütün bölgə üçün nəticələri olan münaqişəyə səbəb olacaq. (strateq.az)