vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:55 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 1248 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tədrici ölüm…

Zəifləşdirilmiş uranla şüalanmanın doğurduğu fəsadlar

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu, insanları məhv edən, lakin tikililərə zərər yetirməyən yeni silah növüdür. Onu öz mənafeləri üçün kəşf etdilər və həm də tətbiqi üçün müharibə meydanı da axtardılar. Bu, zəifləşdirilmiş uran silahıdır. Bu, dünyada ən təhlükəli silah növü olub genetik dəyişiklər (DNA) törədən zərərli təsirlərinə görə istifadəsi beynəlxalq səviyyədə yasaq edilmişdir.

ABŞ qüvvələrinin həm 1991-ci ildə birinci  və həm də  2003-cü ildə  ikinci Körfəz müharibələri zamanı  bu növ silahdan istifadəsi nəticəsində İraq onun zərərli təsirinə məruz qalmışdır. Qərb ölkələrində nəşr olunmuş statistikaya görə, ikinci Körfəz müharibəsi zamanı İraq torpağına ABŞ istehsalı olan 940 min uran mərmisi atılmışdır ki,  onlardakı  zəifləşdirilmiş uranın ümumi çəkisi 350 tona bərabərdir. Bu da o deməkdir ki, İraq torpağı yüz milyon illər boyu radioaktiv şüalanma ilə çirklənmiş vəziyyətdə qalacaqdır. Əgər nəzərə alsaq ki, 500 min əsgərdən 200 mini ikinci Körfəz müharibəsində iştirak etmiş və şüalanmaya məruz qalmışlar, onda dünyanı narahat etməli olan çox təhlükəli və qorxulu bir vəziyyət alınar. 

1991-ci ildə birinci Körfəz müharibəsinin sonunda İraq səhrası sıradan çıxarılmış hərbi texnika ilə dolu idi. Bu səhnə müharibənin son anlarında cəmi on saat ərzində yarandı, uzun müddət keçdikdən sonra məlum oldu ki, ildırım sürətli qəti qələbənin sirri «zəifləşdirilmiş uran» adı daşıyan yeni məxfi silahdadır.  

İraqın cənubunda yerləşən Bəsrə vilayətində xərçəng xəstəliyinə məruz qalanların sayı artaraq əhalinin ümumi sayının 40-48 faizinə çatdı. Halbuki, ikinci Körfəz müharibəsinə qədərki dövrlərdə xərçəng şişindən şikayət edənlərin sayı ayda 30-35 min nəfər idi. Aparılmış tədqiqatlar sübut edir ki, şəhərdə bu xəstəliyə yoluxanların ümumi sayı ümumiyyətlə vilayət əhalisinin 40-48 faizini təşkil edir. Araşdırmalar həm də onu göstərir ki, sakinlərin məruz qaldığı bu xəstəliyin heç bir genetik tarixçəsi yoxdur və o, sırf yeni bir hadisədir. Bəsrə şəhər Səhiyyə Departamenti bildirir ki, şəhərin ekologiyası xərçəngdoğurucu olsa da, burada xəstəliyin əvvəllər rast gəlinməyən tam yeni növləri də meydana gəlmişdir.

Bəsrənin ixtisaslaşdırılmış uşaq xərçəngi xəstəxanasından alınan məlumatlara görə, şəhərdə xəstəliyin tam yeni və inkişaf etmiş növünə tutulmuş uşaqlar vardır ki, onların müalicəsi qeyri-mümkündür, yalnız ağrıkəsici dərmanlarla kifayətlənib ölüm gününü gözləməyə məcburdurlar. 

Bu mövzu ilə bağlı, Bəsrədə uşaq xəstəlikləri mütəxəssisi və tədqiqatçısı doktor Cinan Qalib Həsən bildirmişdir ki, ikinci Körfəz müharibəsinə qədər də onun kömək etməyə çalışdığı çox sayda xərçəng xəstəsi olan uşaq olmuşdur, o zaman iki il müddəti ərzində yalnız bir dəfə bu xəstəliyin yeni növü ilə qarşılaşmışdı. İndi isə ailədə heç bir genetik tarixçə olmamasına baxmayraq, bu halların sayı dəfələrlə artmışdır. Bu da Xirosimada bombardmandan sonra xərçəng xəstəliklərinin və eybəcər uşaqların  sayının birdən-birə artması hadisəsini xatırladır. İraqın Ziqar Universitetinin Texniki elmlər fakültəsinin Radioaktiv şüalanma və ekoloji nəzarət şöbəsinin bu ilin may ayında  apardığı araşdırmalar nəticəsində vilayətin bir neçə şəhərində zəifləşdirilmiş uran şüalarının təsirinə məruz qalmış  səkkiz məntəqənin mövcudluğu məlum olmuşdur.  

 

Şöbə müdiri Cabbar Madi radioaktiv və ekoloji  çirklənməyə, həmçinin ölkənin məruz qaldığı müharibən sonra hələ də çöllərə səpələnən hərbi texnikanın qalıqlarının olduğu yerlərdəki radioaktiv şüalanmaya məruz qalmış rayonların xəritəsini nümayiş etdirdi.

Bəsrə Universiteti Ekologiya laboratoriyasının işçisi doktor Şükri Həsən bildirir ki, Bəsrədə şüalanmaya məruz qalmış məntəqələri dəqiqliklə göstərmək mümkün deyildir. Bunun da səbəbi odur ki, sıradan çıxarılmış və ya yandırılmış İraq tankları doğranaraq qara metal şəklində alverçilər tərəfindən şəhərin ətraflarından onun mərkəzinə satılmaq üçün gətirilmişdir. Bu da şəhərdə radioaktiv şüaların yayılmasına səbəb olmuşdur. Bəsrədə yerləşən Kərmə Universitetinin Fizika üzrə elmlər doktoru Xaşak Eurasia Diary-ə verdiyi eksklüziv müsahibəsində bildirmişdir ki, bu silahların tətbiqindən doğan zərərlər ekologiyanın, torpağın və su mənbələrinin çirklənməsində də özünü göstərir. Doktor Bəsrədəki şüalanmaya məruz qalmış məntəqələrin xəritəsini hazırlamış və onlarda radioaktiv şüalanmanın  dərəcəsini də göstərmişdir. Bu xəritədə şəhərin bir neçə rayonu göstərilmişdir ki, həmin rayonlarda bir qayda olaraq sıradan çıxarılmış hərbi texnikanın qalıqları üçün dəmir anbarları vardır. 

 

Statistika və faktlar:

 

İmperialist dairələrin İraqa qarşı apardıqları müharibədə zəifləşdirilmiş uran silahının kütləvi şəkildə tətbiqindən 11 il keçəndən sonra ABŞ siyasətçilərinin və onların müttəfiqlərinin çirkin əməllərini, onların insanlıq və təbiətə qarşı yol verdikləri cinayətləri, səbəb olduqları bəla və müsibətləri ifşa edən çoxsaylı məlumatlar və statistik rəqəmlən toplanmışdır. Bunlardan bəzilərini qeyd etmək olar:

 

• Jurnalist Arbosnot 1999-cu ildə İraqda olarkən bildirmişdir ki, ölkədə xərçənglə xəstələnmə hallarının sayı 1991-ci illə müqayisədə yeddi dəfə artmışdır. Onun təmsil etdiyi qəzetdə həm də genetik eybəcərliklərlə bağlı türkürpədici məlumatlara da yer verildi.

• 1997-ci ildə vaxtsız uşaqsalma hallarının sayı 1989-cu illə müqayisədə 3 dəfə artmışdır. 

• Rəsmi sənədlər həmçinin qeydə alınmış xəstəlik hallarının 1989-cu illə müqayisədə 1999-cu ildə artığını göstərir.  Bu atrım xüsusilə Bəsrə vilayətində, hərbi əməliyyatlar sahəsinə yaxın ərazilərdə özünü daha çox biruzə verir. Həmçinin aydın olur ki, 1989-cu və 1999-cu ildə illərdə  Ninəva, Bağdad və Bəsrə vilayətlərində rəsmən qeyda alınmış xəstəlik halları  1989-cu illə müqayisədə 1999-cu ildə aşağıda göstərilən artım müşahidə edilir:

• Müxtəlif növ xərçəng xəstəlikləri: Bəsrədə 128 faiz, Bağdadda 182 faiz və Ninəvada 300 faiz;

• Sonsuzluq: Bəsrədə 175 faiz, Bağdadda 197 faiz və Ninavada 293 faiz;

• Böyrək çatışmazlığı: Bəsrədə 198 faiz, Bağdadda 250 faiz və Ninəvada 270 faiz;

• Dəri xəstəlikləri: Bəsrədə 188 faiz, Bağdadda 191 faiz və Ninəvada 297 faiz;

• Göz xəstəlikləri: Bəsrədə 168 faiz, Bağdadda 178 faiz və Ninəvada 231 faiz;

• Qalxanvari vəzin böyüməsi: Bəsrədə 176 faiz, Bağdadda 167 faiz və Ninəvada 122 faiz;

• Abort: Bəsrədə 177 faiz, Bağdadda 135 faiz və Ninəvada 198 faiz;

• Genetik eybəcərliklər: Bəsrədə 135 faiz, Bağdadda 240 faiz və Ninəvada 324 faiz.

 

Nəticələr və tövsiyələr: 

 

Yuxarıda göstərilən məlumatlar və rəqəmlərdən çıxış edərək  aşağıdakı nəticələrə gəlmək olar:

 

1. ABŞ və Böyük Britaniya hökumətlərinin İraqda istifadə etdiyi zəifləşdirilmiş uran silahı həm insanlara, həm də ətraf mühitə böyük zərər yetirmişdir. ABŞ-ı dünyada təbiəti çirkləndirən ən böyük qaynaq hesab etmək olar. Məhz bu dövlət günahsız insan qurbanlarına görə həm əxlaqi, həm də hüquqi məsuliyyət daşıyır, həmçinin səbəb olduğu və təmizlənməsi xərcləri 300 milyard dollar  miqdarında hesablanan  şüalanmaya görə də maddi məsuliyyət onun üzərinə düşür.

2. Bəsrə döyüş meydanlarına daha yaxın yerləşdiyi üçün zəifləşdirilmiş uranın tətbiqindən ən çox zərər çəkən vilayətdir.

 

Həmçinin bunları tövsiyə etmək olar:

 

1. Başqa xalqlara qarşı bu cür əməllərin təkrarlanmasının qarşısının alınması mexanizminin və təminatlarının işlənib hazırlanması məqsədilə  bütün beynəlxalq səviyyələrdə zəifləşdirilmiş uranın istifadəsinin doğurduğu fəsadlar barədə məlumatlar və faktlar yayılmalıdır.

2. Radioaktiv maddələrin təsirinin min illər boyu davam etməsini nəzərə alaraq şüalanmaya məruz qalmış məntəqələr davamlı şəkildə və geniş miqyasda dərindən tədqiq edilməli və onlara nəzarət gücləndirilməli, radioaktiv çirklənməni aradan qaldırmaq və nəticələrini ləğv etmək məqsədilə əlaqədar beynəlxalq təşkilatlar qarşısında müasir cihaz və texniki vasitələrin istifadəsi məsələsi qaldırılmalıdır.