NATO-da Rusiya həyəcanı
Təhlükəyə qarşı 300 min əsgəri qüvvə hazır vəziyyətə gətirilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
«The İndependent» yazır ki, NATO Rusiya və Baltikyanı ölkələr arasında gərginliyin güclənməsi ilə əlaqədar 300 min əsgəri qüvvəni həyəcan vəziyyətinə gətirib.
Təşkilatın baş katibi Cens Stoltenberq deyib ki, alyans özünün minlərlə əsgərinin döyüş vəziyyətinə reaksiyasını artırmağa çalışır.
Oktyabr ayında xəbər verilmişdi ki, NATO Baltik ölkələrinin Rusiya ilə sərhədlərində 4 minədək əsgər yerləşdirməyə hazırlaşır. Bu, Soyuq müharibədən bəri alyansın Rusiya yaxınlığında ən böyük qoşun cəmələşdirməsi olmalı idi.
«Biz Rusiyanın müxtəlif şəkillərdə daha da fəallaşmasının şahidi olmuşuq, - Stoltenberq «The Times» qəzetinə deyib, - Rusiya 2000-ci ildən bəri özünün hərbi xərclərini üç dəfə artırıb. O daim hərbi qabiliyyətini artırır, silahlı qüvvələrini təlim etdirir və qonşu ölkələrə qarşı hərbi güc tətbiq edir».
Stoltenberq bunu da bildirib ki, Rusiya NATO-nun Avropadakı üzvləri arasında təbliğatını gücləndirib.
O bildirib ki, NATO-nun belə vəziyyətə reaksiya göstərməsi tamamilə təbiidir.
«Ona görə də biz bu vəziyyətə Soyuq müharibədən bəri kollektiv müdafiəmizin ən böyük gücləndirilməsi ilə cavab veririk» - deyib NATO-nun baş katibi.
Cənab Stoltenberg qoşunların dəqiq sayı barədə təfərrüatlara varmayb, lakin Britaniyanın NATO-dakı nümayəndəsi lord Adam Tomson deyib ki, burada söhbət təxminən 300 minlik qoşundan gedə bilər.
Lord Adams deyib ki, məqsəd qoşunların səfərbərliyə alınma müddətini ənənəvi 6 aydan iki ayadək qısaltmaqdır.
«The İndependent» yazır ki, qoşunların tərkib nisbəti məsələsi NATO müdafiə nazirlərinin şurasında müzakirə olunub.
Lord Adamsın sözlərinə görə alyans Rusiyanın artmaqda olan casus və haker fəaliyyətinə, hibrid müharibəsi taktikasına cavab verməyə məcburdur.
«The İndependent» yazır ki, əslində NATO-nun cavab reaksiyaları 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən bəri başlanıb.
Hazırda alyans Rusiyanın mümkün təcavüzündən çəkinən Litva, Latviya və Estoniyaya dəstək olmağa çalışır.
Amerika analitik mərkəzlərindən birinin qənaətinə görə hazırda Rusiya Baltikyanı bölgədə NATO qüvvələrinə bir neçə saatın ərzində üstün gələ bilər.
Son zamanlar aparılmış rəy sorğusu göstərib ki, rusların yarısı Moskvanın Suriyada apardığı əməliyyatların tammiqyaslı 3-cü dünya müharibəsinə çevrilə biləcəyindən narahatdır.
Ötən həftə bəlli olub ki, NATO-nun Çernoqoriyada təlimlərə başladığı vaxtda Rusiya da özünün 250 hava desantçısı ilə qonşu Serbiyada təlim keçəcək.