vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
23:03 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə bir neçə deyil, yalnız iki…?

Amerikanın müasir siyasi partiya sistemi

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikanın yaradıcıları 1787-ci il sentyabrın 17-də ABŞ Konstitusiyasını imzaladıqları zaman siyasi partiyaların qurulmasına qarşı çıxdılar. Onlar partiyaların dövlətin sistemində heç bir rəsmi rol oynamayacağını iddia edirdilər. Qurucuların fikirlərinin əksinə, ABŞ siyasi partiyaların dövlət səviyyəsində ilk qəbul edildiyi ölkə kimi tarixə düşdü. Bu gün ABŞ-ın siyasi həyatını iki böyük partiya - Respublikaçılar və Liberallar idarə edir. Demokratiyaya ən yaxşı nümunə kimi göstərilən bir dövlətin mübahisəsiz olaraq ikipartiyalı sistemdə idarə edilməsi ən böyük mübahisəli məsələ kimi qalır.

1860-cı ildən bəri ABŞ seçkilərində partiyalar bir-birini əvəz edir. İlk baxışda, partiyaların siyasi qərarların qəbul olunmasında əsas amil olmadığı görünə bilər,  çünki hər hansı siyasi uğur prezident ilə əlaqələndirilir. Digər tərəfdən isə partiyalar siyasi qərar qəbul olunmasında ikinci dərəcəli amil kimi təqdim olunur. Üstəlik, partiyaların rolu konstitusiya ilə qeyd edilməyib. Buna baxmayaraq,  partiyalar eyni mövzulara rəqabətcil münasibətdə çox mühüm rol oynayırlar.

Bu məsələ çox mübahisəlidir və əhəmiyyətlidir. Bununla yanaşı, ABŞ-da kiçik partiyaların nə üçün xaric olunmasının üç səbəbi var. Hər şeydən əvvəl, ABŞ-da kiçik partiyaların böyüklərdən çox fərqi olmadığını deməliyik. İkincisi, ABŞ vətəndaşları özlərini bir millət kimi görürlər və Birləşmiş Krallıqda olduğu kimi partiyaları etnik və dil amilinə görə bölməyə ehtiyac yoxdur. Kiçik partiyalar nəzarət üçün böyük partiyalarla koalisiya qura bilərlər.