«Pisi ehtimal etməyin»
Obama: «Yeni seçilmiş prezidentə siyasətini müəyyən etməyə şans verilməlidir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ prezidenti Latın Amerikası və Karib hövzəsinin 1000-dən artıq gənc liderinə mesaj ünvanlayıb. Barak Obama onlara prezident seçilən Donald Tramp barədə «Pisi ehtimal etməyin» - deyə çağırış edib.
Perunun paytaxtında çıxış edən ABŞ dövlət başçısı nikbinliyə çağırıb. O bildirib ki, ümid olmayan yerdə heç nəyi yaxşılaşdırmaq mümkün deyil.
Amerikanın gələcəyi ilə bağlı sualları cavablandırarkən Obama deyib ki, ən əsəsı dərhal mühakimə etməməkdir.
«Yeni seçilmiş prezidentə komandasını toplayıb, məsələləri nəzərdən keçirib, siyasətini müəyyən etməyə şans verilməlidir» - deyə Obama bildirib. Prezident əlavə edib ki, kampaniyalar heç də idarəçililiyin necə olacağı demək deyil.
Son xarici səfərinin sonuncu mərhələsində olan ABŞ prezidenti Barak Obama Peru paytaxtı Lima şəhərindədir. O, Donald Trampın seçilməsindən sonra ABŞ-ın Asia-Sakit Okean regionundakı müttəfiqlərini əməkşdaşlığın davamlılığına inandırmağa çalışır.
Obama hakimiyyəti dövrü diqqətini Asiya və Sakit Okean hövzəsinə yönəldərək «Asiya Yenidən Balanslaşma» adlanan bu siyasəti xarici siyasətinin ən mühüm aspektlərindən birinə çevirib. Ancaq 9 həftədən sonra onun Ağ Ev tərk etməsi ilə bu siyasətdə də ciddi dəyişikliklər baş verə bilər.