vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
14:37 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran terrorçuları silahlandırır

«Sərnişin təyyarələrində Livandakı «Hizbullah»çılara silah daşınır»

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin BMT-dəki səfiri Danni Danon noyabrın 22-də BMT Təhlükəsizlik Şurasına məktub yazaraq İranın sərnişin təyyarələrindən istifadə edərək «Hizbullah»a və digər terrorçu qruplaşmalara gizli yollarla silah-sursat çatdırmasından danışıb.

Məktubda bildirilir ki, «Sepah» rəsmiləri İranın «Mahan» aviasiya şirkətinə məxsus sərnişin təyyarələri vasitəsilə gizli yollarla terrorçu qruplara silah daşımağı davam etdirir: «Sepah»ın «Qüds» qanadının qüvvələri çamadanlarda silah-sursat və digər və hərbi avadanlıqlar yerləşdirərək, onları sərnişin təyyarələri ilə Beyruta və ya Dəməşqə çatdırırlar. Aydın məsələdir ki, İran İslam Respublikası «Hizbullah» qruplaşmasının silah-sursatını təmin edən əsas ölkədir. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur».

Xatırladaq ki, Amerika, 1995-ci ildən bu yana Livan «Hizbullah»ını terrorçu qruplaşmalar siyahısına salıb.