vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
16:56 | 24 dekabr 2016 | Şənbə Məqaləyə 1235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ əks-təbliğat mərkəzi yaradır

80 milyon dollar ayrıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Barak Obama «Müdafiə siyasəti haqqında» qanunu imzalayıb. Bu qanuna uyğun olaraq Pentaqonun 2017-ci ildə 619 milyard dollar nəzərdə tutulan büdcəsi təsdiq edilib. Bu barədə Ağ Ev açıqlama verib.

Bildirilir ki, ABŞ-ın 2017-ci ildəki müdafiə büdcəsi 619 milyard dollar olacaq. Buraya, həmçinin ölkə xaricindəki əməliyyatlarda istifadə ediləcək 67 milyard dollarlıq müharibə büdcəsi də daxildir.

«Müdafiə siyasəti haqqında» qanun, həmçinin Dövlət Departamentinin tərkibində xarici təbliğat və dezinformasiya ilə mübarizə aparılması üzrə Mərkəzin yaradılmasını da nəzərdə tutur.

Bu Mərkəz ABŞ-ın milli maraqlarına qarşı yönəlmiş xarici dövlət və qeyri-dövlət təbliğatının aşkar edilməsi, ifşa olunması və mübarizə aparılması üzrə federal hökumətin səylərini əlaqələndirəcək.

2017-ci ildə dövlət büdcəsindən bu Mərkəzə 80 milyon dollar vəsait ayrılacaq. 2018-ci ildə də Mərkəzin bu həcmdə maliyyələşdirilməsi planlaşdırılır.

«Müdafiə siyasəti haqqında» qanun eyni zamanda «Sergey Maqnitski adına qanunun aliliyi və hesabatlılıq üzrə Akt»-nın dünyanın bütün ölkələrinə münasibətdə tətbiq olunmasını nəzərdə tutur. Bu Akta uyğun olaraq  ABŞ-ın Vaşinqtonun fikrincə, insan hüquqlarının pozulması və korrupsiya əməllərində günahkar olan şəxslərə qarşı bir tərəfli sanksiyalar tətbiq ediləcək.  Aktla müəyyənləşdirilən siyahıya daxil edilən şəxslərə ABŞ-a girişi qadağan olunacaq, onların qüvvədə olan vizaları ləğv ediləcək, əmlakları və bank hesablarına həbs qoyulacaq.

Bundan əvvəl isə Akt-ın təsir dairəsi yalnız Rusiya vətəndaşları ilə məhdudlaşırdı.