vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AMERİKA  
21:01 | 2 yanvar 2017 | Bazar ertəsi Məqaləyə 695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obamanın sonuncu həftəsi

Yanvarın 10-da «Vida nitqi» olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama bildirib ki, o, gələn həftə Ağ Evdəki fəaliyyəti müddətində əldə etdiyi uğurlar barədə «Vida nitqi» söyləyəcək. O, çıxışı zamanı yanvarın 20-də hakimiyyətə gələcək növbəti prezident Donald Trampın idarəçiliyi ilə ölkənin hansı istiqamətə yönələcəyinə dair düşüncələrindən də danışacaq.

Tərəfdarlarına göndərilən emaildə Obama bildirib ki, yanvarın 10-da doğma Çikaqo şəhərində söyləyəcəyi nitq «onun üçün möhtəşəm 8 ilə görə təşəkkür etmək» imkanı olacaq. «Son 8 ildə sizin köməyinizlə ölkənin necə yaxşı istiqamətdə dəyişməsini bayram etmək və bundan sonra hara gedəcəyimizə dair düşüncələrimi bölüşmək imkanıdır» - deyə emaildə bildirilir.

55 yaşlı prezident deyib ki, 2009-cu ildən bəri öz payımıza düşən sınaqlarla üzləşsək də, onların öhdəsindən güclü şəkildə gələ bilmişik.

Onun bu çıxışı 1796-cı ildə Corc Vaşinqton tərəfindən başladılan ənənənin davamı olacaq. Belə ki, o zamandan bəri səlahiyyətlərini başa vuran prezidentlər xalqa «Vida nitqi» ilə müraciət edir.

Obama ənənəvi Milad tətilindən sonra paytaxt Vaşinqtona dünən geri dönüb. Tətilini doğulduğu və gəncliyinin böyük bir hissəsini keçirdiyi Havay adalarında keçirən prezidentin səlahiyyətlərinin başa çatmasına 2.5 həftə vaxt qalıb.