vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
11:31 | 10 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 1157 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəfsəncani İranda nüfuzlu fiqur idi

Onun ölümü islahatyönülülərin böyük itkisidir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, keçmiş İran prezidenti, 82 yaşlı Əkbər Haşemi Rəfsəncaninin ölümü mötədillərə və islahatyönlülərə böyük zərbə olub, çünki İslam hakimiyyəti şəraitində onların əsas dayağı məhz cənab Rəfsəncani idi.

«Ayətullah Haşemi Rəfsəncani onu infarkt vurduqdan sonra xəstəxanaya aparılıb, lakin burada həkimlərin onu bir saatdan da çox diriltmək cəhdləri uğurlu olmayıb» - deyib İran səhiyyə nazirinin müavini Fars xəbər agentliyinə.

Bu da xəbər verilib ki, Tehranda Rəfsəncaninin dünyasını dəyişdiyi xəstəxananın qarşısına izdiham toplaşıb.

Dövlət telekanalları matəm əlaməti olaraq ekranlarının küncünə qara bayraqcıqlar yerləşdirib.

Fars agentliyinin verdiyi xəbərə görə, Rəfsəncaninin korrupsiya ittihamları ilə həbsxanada olan oğlu Mehdi atasının nəşinə «əlvida» demək üçün xəstəxanaya gəlib.

«The Telegraph» yazır ki, Rəfsəncani İranda nüfuzlu fiqur idi və qüdrətli Məşvərət Şurasına rəhbərlik edirdi.

Bu qurum parlamentlə Gözətçilər Şurası arasında mümkün mübahisələri çözmək funksiyası daşıyır.

O həm də qüdrətli Üləmalar Şurasının üzvü idi. Bu qurum isə ölkənin ali rəhbərini seçmək səlahiyyətinə malikdir.

İran tarixçiləri Rəfsəncanini «İslam inqilabının sütunlarından biri» adlandırırlar.

Onun iqtisadi liberallaşdırma, Qərblə daha yaxın münasibətlər siyasəti milyonlarla iranlının ürəyindən xəbər versə də, mühafizəklarların etirazlarına səbəb olurdu.

«Onun ölümü prezident seçkisinə beş ay qalmış mötədil prezident Həsən Ruhaniyə böyük zərbə olub» - yazır «The Telegraph».

2009-cu ildən bəri Rəfsəncani və ailəsi prezident seçkisində Mahmud Əhmədinejada uduzmuş müxalifəti dətstəklədiyinə görə kəskin tənqid atəşinə tutulurdu.

Fars agentliyi Rəfsəncaninin qohumu və köməkçisi Hüseyn Məraşiyə istinadən bildirir ki, ayətullahın dəfn mərasimi yanvarın 10-da Tehranda olacaq.