vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
22:46 | 27 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həkimlərin ifadələri ziddiyyətli idi»

Fatimə Rəfsəncani: «Atamın infarktdan ölməsi inandırıcı deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Fatima Rəfsəncani – İranın sabiq prezidentinin qızı atasının ölüm səbəbinin hələ də qeyri-müəyyən olduğunu bildirib.

Strateq.az xəbər verir ki, 83 yaşlı Əkbər Haşimi Rəfsəncaninin yanvar 8-də infarktdan vəfat etdiyi elan olunub. Lakin qızı Fatimə ISNA xəbər agentliyinə müsahibəsində deyib: «Səhiyyə naziri və atamı müayinə edən həkimlərin ifadələri qeyri-dəqiq və ziddiyyətli idi».

Fatimə Rəfsəncani bildirib ki, «atasının ölümüylə əlaqədar həkimlər tərəfindən təqdim edilən sübut inandırıcı deyil».

O, həmçinin vurğulayıb ki, ölümündən əvvəl atasının sağlamlıq vəziyyəti yaxşı idi və o, ABŞ-da yaşayan təcrübəli iranlı həkim tərəfindən müayinə olunub.

İrandakı müxalif «Yaşıllar Hərəkatı» tərəfdarları isə «Amerikanın Səsi»nə aıqlamalarına Ə.Rəfsəncaninin öldürüldüyünü və həkimlərin saxta arayış verdiklərini iddia ediblər.