vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
11:22 | 4 mart 2017 | Şənbə Məqaləyə 1522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanla Tehran arasında kerosin qalmaqalı

İran istehsalı olan neft məhsulları Ermənistana buraxılmır

MÖVZU İLƏ ƏLAQƏLİ

İrandan idxal edilən kerosini Ermənistan sərhəddən buraxmayıb. Bunu ölkənin Milli Standartlar İnsititutunun direktoru Yenok Azaryan bildirib. Onun sözlərinə görə, İrandan idxal edilən kerosin aşağı keyfiyyətlidir.

Qeyd edək ki, bu günlərdə Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkəsinin baş naziri Karen Karapetyana müraciət edərək, hakimiyyətə sərf etməyən şirkətlərin gətirdikləri neft məhsullarının ölkəyə buraxılmadığını vurğulayıb. Deputat bildirib ki, bir aya yaxındır «Araqq» adlı şirkətin İrandan idxal etdiyi 460 ton kerosin Ermənistana buraxılmır.

Azaryan deyib ki, Ermənistanda neft məhsullarına Avropa İttifaqı standartları artıq tətbiq edilir. Həmin standartlara əsasən, neft məhsullarının tərkibindək kükürd miqdarına ciddi nəzarət olunur. Onun sözlərinə görə, İranda istehsalı olan kerosinin tərkibində kükürdün miqdarı Avropa İttifaqı standartından 300-400 dəfə çoxdur: «Standarta uyğun gəlmədiyi üçün İrandan idxal edilən neft məhsulları gömrükdə saxlanılıb». (Report)