Assanc mətbuat konfransı keçirdi
«WikiLeaks» Mərkəzi Kəşfiyyat İdarəsinin sirlərini ələ keçirib yaymağa başladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
Qalmaqallı «WikiLeaks» saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) minlərlə məxfi sənədini ələ keçirib və bu gündən etibarən yaymağa başlayıb.
Virtualaz.org xəbər verir ki, sənədlərin yayılmasının başlamasını hazırda Londondakı Ekvador səfirliyində sığınacaq alan Culian Assanc keçirdiyi mətbuat konfransında elan edib. Assanc jurnalistlərlə «Facebook» və «Periscope» ilə əlaqə yaradıb, mətbuat konfransı başlamazdan əvvəl hakerlər onun hesabına hücum edərək yayımı dayandırmağa çalışıblar.
Buna baxmayaraq sayt Mərkəzi Kəşfiyyat İdarəsinin ələ keçirilmiş sənədlərinin ilk partiyasını yayıb. Bu, Amerika kəşfiyyatının tarixində ən irimiqyaslı informasiya sızmasıdır. Birinci partiyada MKİ-nin Lenglidəki qərargahının təcrid olunmuş lokal şəbəkəsindən ələ keçirilmiş 8.7 mindən çox sənəd yayılacaq. Sayt bildirir ki, ələ keçirilən sənədlər Mərkəzi Kəşfiyyatın haker proqramlarının mövcudluğunu və bu proqramların Apple və Google, OC Windows smartfonlarına, habelə «Samsung» smart televizorlarına müdaxilə üçün istifadə olunur.
Məxfi sənədlərin ilk partiyasından məlum olur ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Almaniyanın Frankfurt-Mayn şəhərində haker mərkəzi yerləşir. Məxfi materiallara əsasən Mərkəzi Kəşfiyyatın hakerləri Amerika konsulluqlarında yerləşir və Avropada, Yaxın Şərqdə, Afrikada fəaliyyət göstərir. Mütəxəssislər Almaniyaya diplomat adı altında gəlir.
Yayılan sənədlərdən biri də kibercasuslar üçün təlimatdır. Orada deyilir ki, məxfi haker mərkəzinin əməkdaşları heç bir halda istənilən elektron qurğunu nəzarətsiz buraxmamalıdır. Hakerlərə alkoqol istifadə etməyə icazə verilir, ancaq qaydasında.