vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
12:22 | 10 mart 2017 | Cümə Məqaləyə 2011 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyənin Trampdan gözlədiyi 5 addım

«USA Today» qəzeti: «ABŞ Ankara üçün nə etməlidir?»

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə ilə ABŞ-ın münasibətləri hələ gərgin olsa da, durumu dəyişməyin yolları var. «USA Today» qəzeti ABŞ prezidenti Donald Trampın bundan ötrü cəmi 5 addım atmalı olduğunu yazır. Bu addımlar, daha doğrusu, Ankaranın ABŞ prezidentindən gözləntiləri haqda Türkiyənin baş naziri Binəli Yıldırım dünən – martın 9-da amerikalı jurnalistlərlə görüşündə danışıb.

1-ci addım «radikal islam terrorçuları» ifadəsinin gündəlikdən çıxarılması ola bilər. B.Yıldırım Birləşmiş Ştatların öncəki prezidenti Barak Obamanın bu fikir ayrılığı yaradan sözlərdən qaçdığını, amma indiki prezidentin onları çox tez-tez işlətdiyini vurğulayıb.

 

Fövqəladə vəziyyəti dəstəkləmək

 

«Pew Research Center» tədqiqat mərkəzinin məlumatına görə, Türkiyə dünyanın 6-cı böyük müsəlman ölkəsidir. «Türkiyə müttəfiqdir və müsəlmanlar haqda neqativ fikirləri qəbul edə bilməz», – deyə B.Yıldırım deyib. Nazir, məsələn, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının daha çox müsəlman öldürdüyünü, belələrini, sadəcə, «qatil» adlandırmağın doğru olduğunu bildirib.

2-ci addım, nazirin sözlərinə görə, fövqəladə vəziyyətə tərəf durmaqdır. Keçən ilin iyulundan – Türkiyədə çevriliş cəhdindən bəri ölkədə fövqəladə vəziyyət elan edilib və hər dəfə vaxtı bitəndə bu durum daha 3 aylığına uzadılır. Minlərlə adam cəhdin arxasında dayananlarla işbirliyində günahlandırılıb ya həbsə atılır, ya da işdən qovulur. «USA Today» ABŞ-ın Türkiyəni çevriliş cəhdindən əvvəl də, sonra da avtoritarizmə doğru getdiyinə görə qınadığını, münasibətlərin həm də buna görə soyuduğunu xatırladır. Həm də çevrilişə cəhd edənlərdən bəziləri ABŞ-la Türkiyənin müştərək bazasında çalışan hərbçilər olub.

Baş nazir B.Yıldırım Türkiyədə kütləvi təmizləmə əməliyyatlarının hələ davam edəcəyini, dövlətin ölkəni ona sadiq olmayan şəxslərdən təmizləmək haqqına sahib olduğunu bildirib.

 

Gülənin ekstradisiyası

 

Türkiyədə fövqəladə vəziyyət aprelin 20-də başa çatır. Onun yenə daha 3 aylığa uzadılacağı gözlənir.

Çevriliş cəhdinin arxasında dayandığı iddia edilən Fətullah Gülənin ekstradisiyası Türkiyə hökumətinin həllini çoxdan gözlədiyi məsələlərdən biridir. İlahiyyatçı F.Gülən, hələ ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayır. İttihamları rədd etsə də, Ankara 270 adamın ölümünə səbəb olan çevriliş cəhdinin arxasında onun dayandığına əmindir. «Gülənin ədalət məhkəməsinə təslim edilməsi ABŞ-Türkiyə münasibətlərinin inkişafında başlanğıc olmalıdır», – B.Yıldırım belə deyib.

ABŞ-la Suriya məsələsində əməkdaşlığa nail olmaq Türkiyədən ötrü ən önəmli məsələlərdən biridir. Birləşmiş Ştatların Suriya qiyamçılarına «gərəkdiyi qədər» yardım etməməsi türk liderlərini yaman əndişələndirir. Vaşinqton Suriyada da İŞİD-lə savaşda daha çox kürdlərə bel bağlamağa üstünlük verir. Amma ABŞ-la əməkdaşlıq edən kürdlərin məqsədi öz dövlətlərini yaratmaqdır. Üstəlik, Suriyadakı kürd silahlı qüvvələrinin həm ABŞ, həm də Türkiyənin terrorçu hesab etdiyi kürd dəstələriylə bağlılığı Ankaranı narahat edir.

 

4-cü və 5-ci addımlar

 

B.Yıldırım deyib ki, Birləşmiş Ştatlar Suriyada Türkiyəylə birgə çalışmalı, ölkənin parçalanmasının qarşısını almalıdır. «Biz Suriyada kürdlərin, yaxud ərəblərin rəhbərlik etdiyi ayrı-ayrı dövlətlərin yaradılmasını istəmirik. Bu, fəlakət olar… buna yol verə bilmərik», – deyə nazir vurğulayıb.

Suriyada təhlükəsiz zonalar yaratmaq da Ankaranın çoxdankı arzusudur. B.Obama administrasiyası bu təklifə yaxın durmurdu, amma D.Tramp suriyalı qaçqınlardan ötrü təhlükəsiz zona yaratmaq istəyini bir neçə dəfə səsləndirib.

B.Yıldırım Suriyada təhlükənin sovuşmadığını, ona görə də belə bir zonanın yaradılmasında ABŞ-ın yardımına ehtiyacları olduğunu, detalların birgə müzakirəsinin vacibliyini vurğulayıb. «Əks halda, əldə edəcəklərimiz xeyirdən çox zərər verə bilər», – deyib.