«Arzuolunmaz əcnəbi»
Türkiyəli nazir Niderlanda buraxılmadı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
Hollandiya fövqəladə vəziyyətə hazırlaşır
Hökumət AB-nin immiqrasiya qaydalarından çıxmaq və problemi öz bildiyi kimi həll etmək istəyir
-
Banka etiraz edib muzeyi bağladılar
İqlim fəalları özlərini “Rijksmuseum”un dəmir hasarlarına zəncirlədilər
-
Məktəblərdə smartfonlar qadağandır
Belçikadan sonra Hollandiya da eyni qərarı verdi
-
200 milyon avro əlavə yardım
Şof: “Bu, hamımızın paylaşdığı bir inancdır”
-
Sistemdəki nasazlıq ölkəni iflic etdi
Uçuşlar ləğv edildi, xidmətlər dayandırıldı
-
“Uber”ə 290 milyon cərimə
Şirkət sürücülərin şəxsi məlumatlarını ABŞ-a ötürməkdə günahlandırılır
-
“Ölkə dolub, gedin”
Avropa Birliyi Ukraynalı qaçqınları istəməyən Hollandiyaya gözlərini bərəltdi
-
Köləlik üzrü Hollandiyanı ikiyə böldü
“Bu, uğursuzluq riski olan birtərəfli siyasətidir”
-
500 min avroluq cəza
İrana qaz turbinləri satdığına görə cərimələnib
-
QRU-nun quru məğlubiyyəti
Rusiya kəşfiyyatçılarının daha bir əməliyyatı rüsvayçılıqla bitdi
-
3 min avroya hər kəsi öldürmək olar
Kokain və ekstazinin tən yarısını qarşılayan Avropanın ən mədəni ölkəsi narkotik və qadın cinayətləri görə dünyanın mərkəzidir
-
Rusların Berlindəki «məğlubiyyəti»
… Yaxud daldan atılan daş topuğa dəyər
-
Rusiyaya satılmış Holland deputat
Xüsusi xidmət orqanları erməni agent Omtzixti ifşa etdilər
-
Avropada feminist məsələyə çevrilən hadisə
Qadın və kişilər arasında «tualet bərabərsizliyi»
-
Polis cinayətkarı sərbəst buraxıb
Oğurluq üçün girdiyi evdən çıxa bilməyən şəxs 112-dən yardım istəyib
Niderland hökuməti Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanı «arzuolunmaz əcnəbi» elan edib. APA-nın «Röyters»ə istinadən verdiyi xəbərə görə, Niderland hökuməti türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verib.
Yerli KİV-lərin məlumatına görə, polis əməkdaşları nazir Fatma Betül Kayanı Hollandiya-Almaniya sərhədinədək müşayiət edəcəklər.
Almaniyada səfərdə olmuş Fatma Betül Kaya, Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.
Xəbər verildiyi kimi, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən «Anadolu» və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub.