Avropada feminist məsələyə çevrilən hadisə
Qadın və kişilər arasında «tualet bərabərsizliyi»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
500 min avroluq cəza
İrana qaz turbinləri satdığına görə cərimələnib
-
«Tanrı məni qoruyurmuş»
5 kvadratmetrlik otaqda bir ömürlük təəssürat
-
Hotel otağı
… Yaxud Dərviş Parisi partladır
-
Qara qutu açıldı
Ukraynada vurulan «Boeing»in ekipajının danışığı deşifrə edilib
Bütün Amsterdam boyunca ayaq yollarında qadınların etiraz aksiyaları planlaşdırılıb. Bu barədə «The Guardian» yazır. Bundan əvvəl şəhər hakimlərindən biri öz təbii ehtiyacını ictimai yerdə icra etməkdə günahlandırılan qadını məhkəməyə vermişdi. O demişdi ki, şəhər mərkəzində qadın tualetləri az olsa da o, uzaqbaşı kişi tualetindən istifadə edə bilərdi.
23 yaşlı Gert Pieninq Amsterdamın Leydsepleyn rayonunda gecə gəzintisi zamanı tualet tapmadığından çarəsiz qalıb rəfiqələrindən onun üçün canlı çəpər kimi düzülmələri xahiş edib və təbii ehtiyacını elə küçədə icra edib.
«The Guardian» yazır ki, Amsterdamda kişilər üçün 35 ictimai ayaqyolu olduğu halda, qadınlar üçün yalnız 3 tualet nəzərdə tutulub. Məqalədə həmçinin qeyd olunur ki, Pieninq tualet ehtiyacı duyanda artıq bütün şəhər barları bağlanmışdı və onların tualetlərindən istifadə edə bilməzdi. Ən yaxın qadın tualeti isə həmin yerdən bir neçə kilometr aralıda idi.
Qadın polis tərəfindən məhkəməyə verilsə də, bu mühakiməni udacağına əmin idi. Lakin onun gözləntilərinə rəğmən hakim onu yaxınlıqdakı kişi tualetlərindən istifadə etməməkdə qınayıb: «Bu nə qədər xoşagəlməz hərəkət olsa da, edilməsi mümkün idi», – deyə hakim bildirib.
Bu hadisə gecə əyləncələri zamanı qadın və kişilər üçün yaradılmış şəraitlər arasındakı fərqlərə dair geniş ictimai müzakirələrə yol açıb.
İlk etiraz aksiyasını polisin qızı yaxaladığı yerdə keçirmək planlaşdırılmışdı. Amma aksiyaya qatılanların sayı çox olduğundan təşkilatçılar onu ləğv etməyə məcbur olmuşdular.
Bunun əvəzində təşkilatçılar etiraz aksiyasında iştirak etmək istəyən 10 min qadını bu cümə günü şəhər boyunca bütün tualetlərin yanında toplaşmağa çağırıblar.
Bu aksiyaya «Facebook»da başlamış Katerina Hornstra deyib ki, iştirak etmək istəyənlərin kütləviliyi problemin nə qədər böyük olduğunu göstərir.
«Biz bu qədər qadını bir yerə toplaya bilmərik», – deyə Hornstra bildirib.
Buna görə də qadınlardan yerli ayaqyollarında «mini etirazlar» keçirmək və aksiyanın fotolarını «Facebook «və «Instagram» platformalarına yükləmək xahiş edilib.
Bu aksiya üçün seçilmiş #wildplassen heşteqi xanım Pieninqin küçənin ortasında etdiyi işin hollandca adıdır. Pieninq deyib ki, hadisə artıq böyük bir feminist məsələyə çevrilib: «Halbuki mənim çarəsizlikdən o işi görməyimin məqsədi bu deyildi». (BBC)