Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
08:11 | 6 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 224 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
ABŞ prezidenti Donald Trampın tarif siyasətinin əks-sədaları davam edərkən, aralarında Çin, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 10 ölkə birgə bəyanat yayıb. Açıqlamada ticarətdə proteksionist yanaşmaların artdığı barədə xəbərdarlıq edilib.
ABŞ prezidenti Donald Trampın digər ölkələrə tətbiq etdiyi rüsumlara reaksiyalar davam edərkən, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin maliyyə nazirləri ticarətdə qoruyucu rəftarların artdığı barədə xəbərdarlıq ediblər.
ABŞ prezidenti Trampın tarifləri gündəmdə qalarkən, ASEAN+3 ölkələrinin maliyyə nazirləri birgə yazılı açıqlama verib. Açıqlamada, ticarətdə proteksionist münasibətin artdığı, bunun investisiya və iqtisadiyyat kimi sahələrdə qlobal təsirlərə malik və iqtisadi parçalanmaya səbəb ola biləcəyi vurğulandı.
Bəyanatda ASEAN+3 ölkələrinin qaydalara əsaslanan azad, ədalətli və şəffaf çoxtərəfli ticarət sisteminə sadiqliyi vurğulanıb və regionda iqtisadi sabitlik üçün birliyin və əməkdaşlığın artırılmasına çağırış edilib.
***
Çinin iqtisadi rəhbərliyinin aparıcı şəxsləri ABŞ prezidenti Donald Trampın tarif siyasətləri ilə bağlı artan ticarət gərginliyi və iqtisadi qeyri-müəyyənlik fonunda ASEAN ölkələrini əməkdaşlığı dərinləşdirməyə çağırıb.
Çinin maliyyə naziri Lan Foan və Çin Mərkəzi Bankının (PBoC) sədri Pan Qonqşeng İtaliyanın Milan şəhərində keçirilən ASEAN+3 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısında iştirak ediblər.
ASEAN-a üzv olan 10 ölkə və Çin, Yaponiya və Cənubi Koreyanın nümayəndələrinin bir araya gəldiyi toplantıda çıxış edən maliyyə naziri Fan ölkəsinin makro siyasət koordinasiyasını gücləndirmək, ticarət və investisiya əlaqələrini dərinləşdirmək, istehsal və təchizat zəncirlərinin sabitliyini təmin etmək üçün regional tərəfdaşları ilə işləməyə hazır olduğu mesajını çatdırıb.
Fan, dünyanın dərin iqtisadi dəyişikliklərin yaşandığı bu dövrdə qloballaşmaya qarşı dalğanın inkişaf etdiyinə, birtərəflilik və proteksionizmin gücləndiyinə, qeyri-sabitlik və qeyri-müəyyənliyin artdığına diqqət çəkib.
***
Mərkəzi Bankın sədri Pan çıxışında, həmçinin ASEAN+3 ölkələri tərəfindən 2000-ci ildə imzalanmış çoxtərəfli valyuta mübadiləsi sazişi olan “Chiang Mai” Təşəbbüsünün (CMİ) regional maliyyə təhlükəsizliyi şəbəkəsi kimi gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
Çin yuanı kimi ABŞ dollarından başqa sərbəst istifadə edilə bilən valyutalarla maliyyələşdirilə bilən sürətli bir maliyyə alətinin yaradılmasının CMİ daxilindəki qaynaqları genişləndirəcəyini və regionun beynəlxalq pul sisteminin şaxələndirilməsi baxımından təməlqoyma olacağını vurğulayan Pan, region ölkələrini ABŞ-ın tarif artımlarına qarşı ortaq mövqe nümayiş etdirməyə çağırıb.
İştirakçılar razılaşıblar ki, CMI daha da inkişaf etdirilməli və Beynəlxalq Valyuta Fondu (BVF) çərçivəsində institusionallaşdırılmaqla daha effektiv olmalıdır.
2000-ci ildə Dünya Bankının Taylandın Çianq May şəhərində keçirilən illik toplantısında bir araya gələn ASEAN+3 ölkələri Asiya Maliyyə Böhranından sonra qısamüddətli regional likvidlik problemlərini həll etmək və BVF-dən asılılığını azaltmaq üçün çoxtərəfli valyuta mübadiləsi sazişi imzaladılar. 2010-cu ildə qüvvəyə minən müqavilə ilə 120 milyard dollarlıq maliyyə fondu yaradılıb, 2012-ci ildə bu məbləğ 240 milyard dollara çatdırılıb.