Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
13:11 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 112 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Şimali Koreya lideri Kim Çen In ən yaxın dostu Vladimir Putinə yeni böyük hədiyyə göndərib. Rusiya ilə münasibətləri ilə tez-tez gündəmdə olan Kim bu dəfə ölkə iqtisadiyyatını ayağa qaldıracaq.
***
Onların dərinləşən müttəfiqliyinin bir hissəsi kimi Şimali Koreya lideri Kim Çen In qoşun və silah göndərməklə Rusiya prezidenti Vladimir Putinə Ukrayna müharibəsinin təzyiqinə tab gətirməyə kömək edib.
***
İşçi çatışmazlığı Putinin ən böyük problemlərindən biridir. Ölkədə doğum səviyyəsinin aşağı düşməsindən yaranan problem son vaxtlar müharibə ilə daha da dərinləşib.
Münaqişədə yüz minlərlə rusiyalının öldüyü və saysız-hesabsız vətəndaşın ölkəni tərk etdiyi təxmin edilir.
Rusiya Əmək Nazirliyinin məlumatına görə, bu gün 1,5 milyon olan demoqrafiya kəsirinin 2030-cu ilə qədər 2,4 milyona yüksələcəyi təxmin edilir. Rusiya sənaye liderləri və rəsmiləri deyirlər ki, daha çox işçi tezliklə böyük şəhərlərə, o cümlədən Moskvaya üz tuta bilər.
Şikayət etmir, yorulmur, dayanmır
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Şimali Koreyalı miqrant işçilərin xaricdə istifadəsini qadağan edib. BMT-nin qadağası 2019-cu ilin sonunda qüvvəyə minəndə, o vaxt Rusiyada işləyən 30 min Şimali Koreyalı vətəninə qaytarıldı və bu, Rusiyanın işçi qüvvəsinə böyük zərbə vurdu.
Lakin son günlər Moskva Pxenyanla bağlı qaydaları pozub. Pxenyan onilliklər ərzində əsasən tikinti və taxta-şalban istehsalında on minlərlə işçi göndərib. Şimali Koreyalıların Rusiyanın işçi çatışmazlığını təkbaşına doldurması qeyri-mümkün görünür.
Şimali Koreyalı qaçqınlar deyirlər ki, rejim işçilərin maaşlarının 90 faizindən çoxunu mənimsəyir. Lakin onların əlində qalan 100-200 dollar, insanların çoxunun ayda cəmi bir neçə dollar qazandığı bir ölkədə hələ də əhəmiyyətli məbləğdir.
Şimali Koreyalılar Moskvanın Pxenyanla dərinləşən müttəfiqliyinin əlamətlərinin hər yerdə olduğu Rusiyanın Uzaq Şərqində ən çox dəstəyi verə bilər.
Sərhəddən müntəzəm insla dolu qatar hərəkət edir. O cümlədən Şimali Koreya şəhərlərinə hər gün çoxlu sayda təyyarə havaya qalxır. Bundan başqa avtomobil yolunun işləməsi üçün sərhəddən keçən Tumen çayı üzərində yeni körpü tikilir.
***
Şimali Koreya ötən il Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək üçün 12 min əsgər göndərib. Qoşunlar Rusiyanın Kursk ərazisini ələ keçirmiş Ukrayna qüvvələrinin çıxarılması səylərində həlledici rol oynayıb.
Pxenyan Rusiyaya da öldürücü silahlar göndərir. Bunlara aprelin sonunda Kiyevdə 12 nəfərin ölümü və 90-a yaxın insanın yaralanması ilə nəticələnən ballistik raket daxildir.
***
İki ölkə sərhədlərarası ticarəti artırır. Putin bütün yaxşılıqları qarşılığında Kimə dəbdəbəli limuzin hədiyyə edib. Rusiya dövlət başçısı isə bu yaxınlarda iki ölkə yaxınlığını “döyüş meydanında möhkəmlənmiş dostluq” adlandırmışdı.