 
                                4 min əsgər öldürülüb
Şimali Koreya Rusiyaya daha 3000 əsgər göndərib
 08:46 | 1 may 2025 | Cümə axşamı
                Məqaləyə 116 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                08:46 | 1 may 2025 | Cümə axşamı
                Məqaləyə 116 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                Şimali Koreya Rusiyaya daha 3000 əsgər göndərib
 
                                Kim Çen In son zenit sisteminin sınağına nəzarət edir
 
                                Şimali Koreyanın nüvə silahı ilə böyük yeddili ölkələrinə meydan oxuyur
 
                                Şimali Koreyada nüvə poliqonundakı tuneldə uçqun baş verib
 
                                ABŞ kəşfiyyatı: «Kim Çen Inın başına bir iş gəlsə, bizdən soruşmayın»
 
                                Bütün avtoritar liderləri kimi o da uzun müddət hakimiyyətdə qalmaq və öz yatağında rahat ölmək istəyir
 
                                ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi
 
                                Koreya yarımadasını ikiyə bölən silahsızlaşdırılmış zonada çox nadir istifadə edilən Dorasan stansiyası yerləşir
 
                                Raket Yaponiyaının iki adasının ortasına düşüb
 
                                Şimali Koreya lideri xanımını edam etdirib?
 
                                Nüvə silahları Kim Çen İni hədəf alıb
 
                                Nüvə silahları Kim Çen İni hədəf alıb
Nüvə sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreya ordunu yeniləmək üçün səylərini davam etdirir. “Qara qutu” olaraq xarakterizə edilən və bu məqsədlə təkmilləşdirilən və bu yaxınlarda mərasimlə suya endirilən gəmi ölkənin indiyə qədər istehsal etdiyi ən böyük döyüş gəmisidir.
Dünya əhalisinin əhəmiyyətli bir hissəsinin yaşadığı Asiya Sakit Okean bölgəsinin strateji əhəmiyyəti günü-gündən artır. Çinin yüksəlişi və ABŞ-ın bölgəyə diqqət yetirməsi bölgədə rəqabətin növbəti illərdə də artacağını göstərir. Ölkələr arasındakı bu rəqabət vəziyyəti gərginlik və fikir ayrılıqları ilə bərabər Asiya Sakit Okean ölkələrinin silahlanma sürəti də artıb. Nüvə sınaqları ilə tez-tez gündəmə gələn Şimali Koreya da bu inkişafların bir parçasıdır. Şimali Koreya bu yaxınlarda ölkə tarixində ən böyük döyüş gəmisini istehsal edərək istifadəyə verib.
Keçən ilin dekabrında Şimali Koreyanın dövlət televiziyasında yayımlanan görüntülərdə ilk dəfə görünən döyüş gəmisi, Şimali Koreya lideri Kimin ordunun yenilənməsinə böyük sərmayə qoyması nəzərə alınmaqla, Koreya yarımadasında baş verən hadisələri izləyənlər tərəfindən təəccüblü bir addım kimi qiymətləndirilmişdi.
***
Şimali Koreya aprelin 25-də Kim Çen In və qızı Kim Cu Aenin iştirak etdiyi mərasimdə ölkədə indiyə qədər inşa edilmiş ən böyük və ən müasir gəmi olan “Choe Hyon”u istismara verib. Mərasim ölkənin qərb sahilində, Pxenyandan təxminən 50 km aralıda yerləşən Nampoda baş tutub. “Choe Hyon” 1907-1980-ci illər arasında yaşamış, anti-yapon mübarizəsində fərqlənmiş və İkinci Dünya Müharibəsindən sonra Şimali Koreyada mühüm vəzifələr daşıyan görkəmli şəxsiyyət olub.