vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
DÜNYA  
Kim Çen Inın həyat yoldaşı yoxa çıxıb 01:38 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kim Çen Inın həyat yoldaşı yoxa çıxıb

Şimali Koreya lideri xanımını edam etdirib?

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya lideri Kim Çen Inın həyat yoldaşı Li Sol Ju 7 aydan çoxdur ictimaiyyət qarşısında görünmür.

Güman edilir ki, o, ya hamilədir, ya da hansısa problem üzündən kütlə qarşısına çıxmır. «The Independent» yazır ki, ölkənin birinci xanımı kiçik bacısı ilə mübahisə etdiyi üçün özünə qapanıb.

Xanımın taleyi barədə ən pis ehtimalı düşünən dairələr də var. Kim Çen Inın xəyanətdə ittiham etdiyi doğma əmisini belə tərəddüd etmədən dəhşətli şəkildə edam etdirdiyini nəzərə alsaq, xanımın da eyni aqibətlə üzləşmə ehtimalı var.