vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
23:52 | 22 aprel 2017 | Şənbə Məqaləyə 467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİN qərarını geri götürdü

İrandakı seçkilərlə bağlı önəmli dəyişiklik

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İran hakimiyyəti prezidentliyə namizədlərin debatlarını canlı efirdə nümayiş etdirməmək barədə qərarlarını ləğv edib. Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi Salman Samani Təbliğat Komissiyasının üzvləri ilə görüşdən sonra deyib.

Samani cümə axşamı debatların canlı deyil, efirdən sonra lent yazısının nümayiş etdiriləcəyini demişdi. Bu həm namizədlərin, həm də sadə iranlıların narazılığına səbəb olmuşdu.

Xatırladaq ki, aprelin 11-dən 15-na qədər 1600-dən artıq insanın prezident seçkilərinə namizədliyini vermişdi. Aprelin 16-dan 20-nə qədər İran Konstitusiyanın Mühafizəsi Şurası onların namizədliyi ilə bağlı yekun qərarlar verəcək.

Seçkilərin ilk turu mayın 19-da keçiriləcək.