vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
16:30 | 23 aprel 2017 | Bazar Məqaləyə 703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniya AB-yə dönə bilər

Avropa Parlamentinin prezidenti «Brexit»in ləğvinin mümkünlüyünü açıqlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«İyunun 8-də keçiriləcək seçkilərdə britaniyalılar qərarlarını dəyişsələr, Avropa İttifaqı «Brexit»in icrasına başlayan Böyük Britaniyanı yenidən məmnuniyyətlə geri qəbul etməyə hazırdır».

APA-nın «The Guardian»a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin prezidenti Antonio Tayani bildirib. Onun fikrincə, seçkilərdən sonra Birləşmiş Krallıq hökumətində dəyişiklik olarsa və hakimiyyətə ölkənin Aİ-də qalmasını dəstəkləyən qüvvələr gələrsə, «Brexit»i asanlıqla ləğv etmək olar. O, «Brexit»in icrası zamanı Böyük Britaniyada Aİ vətəndaşlarının insan haqlarının müdafiəsinin tam təmin edilmədiyi halda, «Brexit» çərçivəsində qəbul edilən istənilə razılaşmaya veto qoya biləcəklərini söyləyib.

Qeyd edək ki, aprelin 19-da Britaniya parlamenti ölkədə növbədənkənar ümumi seçkilərin keçirilməsi barədə hökumətin təklifini dəstəkləyib.