vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
16:09 | 30 noyabr 2013 | Şənbə Məqaləyə 2359 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ-ın növbəti prezidenti qadın olacaq»

Obamanın açıqlamasından sonra, Soros kampaniyaya 25 milyon dollar bağışlayıb

modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama yaxın zamanda amerikalıların qadın prezidentinin olacağına şübhə etmir. Obama deyib ki, ABŞ-da dövlət xidmətində inanılmaz qadınlar işəyirlər. Prezidentin həyat yoldaşı Mişel Obama isə jurnalistlərin sualına cavabında dövlət başçısı olmaq istəmədiyini bildirib. Xatırladaq ki, bir müddət əvvəl keçmiş prezident Bill Klinton də ölkənin gələcək rəhbərinin zərif cinsin nümayəndəsinin ola biləcəyini istisna etməyib.

2016-cı ildə keçiriləcək seçkilərdə prezidentliyə qadın iddialının Bill Klintonun həyat yoldaşı Hillari Klintonun olacağı isə hələ ki məlum deyil.
Yeri gəlmişkən, tanınmış amerikalı investor və milyarder Corc Soros da növbəti prezident seçkiləri yarışında keçmiş dövlət katibi Hillari Klintonun iştirakını dəstəkləyib. Maliyyəçi hətta «Hillariyə dəstək!» təşkilatına 25 milyon dollar da bağışlayıb.