vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:55 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 2600 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın öhdəsindən gəlmək mümkündür

LRSO Rusiyanın sistemlərinin öhdəsindən gələr və obyektləri vurula bilər

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbin nüfuzlu nəşrlərində Rusiyanın «Orta və kiçikmənzilli raketlərin ləğvi» haqqındakı müqaviləni pozmaq üçün cəhdlər etdiyi barədə həyəcanlı məlumatlar ildırım sürəti ilə yayılmaqdadır.

Qeyd edək ki, müqavilə 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. Müqaviləyə görə, uzaqlığı 500-5500 kilometrə qədər çatan raketlərin istifadəsi qadağan edilirdi.

Bu müqavilə silahsızlaşdırma prosesində böyük müvəffəqiyyət hesab olunurdu. Çünki faktiki olaraq nüvə döyüş başlıqları olan raketlərin böyük bir hissəsi aradan götürülmüşdü.

ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasının diplomatik səylərinə baxmayaraq, Rusiya bu müqaviləni nəinki icra etmədi, əksinə öz silahlarını daha da təkmilləşdirdi.

Amerika kəşfiyyatının bir çox sübutlarına baxmayaraq Rusiya onda qeyri-leqal raketlərin olduğunu təkzib edir. Maraqlıdır ki, bununla paralel olaraq da əzələ nümayişini davam etdirir.

Qərb isə hesab edir ki, orta və uzaqmənzilli raketlərin ləğvi haqqında müqaviləni pozmasına görə Rusiyaya qətiyyətli cavab verməyin vaxtıdır. Məqsəd isə budur ki, cavab tədbirləri ilə Rusiyanın strateji üstünlükləri neytrallaşsın.

Rusiyanın bu müqavilədən çıxması üçün qanuni imkanları var idi, amma o, bunu etməməyə qərar verib. ABŞ isə 2001-ci ildə raket əleyhinə müdafiə haqqında müqavilədən çıxdığını bəyan edib.

Kreml isə əvəzində bu müqaviləni gizli şəkildə pozmağı qərara aldı.

Bu fonda Amerikanın LRSO nüvə başlıqlı qanadlı raketləri yaratması Moskvanı daha da ayıq-sayıq olmağa vadar edir. Bunun nəticəsidir ki, Rusiya dünyada analoqu olmayan S-500 zenit-raket kompleksini hazırlayıb.

Bununla belə  hərbi ekspertlər bildirir ki, LRSO Rusiyanın təkmilləşdirilmiş sistemlərinin öhdəsindən gəlməyə qadirdir.

ABŞ-ın «The Hill» nəşri yazıb ki, LRSO-lar bir neçə min kilometrdən Rusiyanın obyektlərini vurmaq imkanına malikdir. Sözsüz ki, Pentqon bu silahın qeyri-nüvə variantını da hazırlaya bilər.

ABŞ Rusiyaya xatırlatmalıdır ki, NATO həm də təhdidlərə qarşı potensiala malikdir və Rusiyanın qeyri-leqal  qanadlı nüvə raketləri əleyhinə siyasi iradə nümayiş etdirən bir təşkilatdır-deyə «The Hill» yazıb.

Bununla belə o da göstərilib ki, Amerika ballistik raketlərini Rusiyaya yönləndirmək niyyətində deyil. Çünki bu Vaşinqtona baha başa gələr. Həm texniki mənada, həm də maddi mənada.

Həmçinin Pentaqon raketləri Rusiyaya tuşlayarsa, bu ABŞ-ın sabitliyi üçün təhlükə yaradar.