vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
00:21 | 26 aprel 2017 | Çərşənbə Məqaləyə 503 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hədəf Rusiyadır

Böyük Britaniya nüvə zərbəsi endirə bilər

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın müdafiə nazirinin bəyanatı onu göstərir ki, onlar nüvə təhlükəsinin qarşısının alınması üçün preventiv nüvə zərbəsi endirməyə hazırdırlar. Bu bəyanatın ünvanı isə Kremldir.

Modern.az saytının məlumatına görə, bunu Rusiyanın hərbi eksperti Pavel Felqenhauer bildirib.

Ekspertin fikrincə, bu, nüvə müharibəsinin başlanacağının anonsu deyil və belə bəyanat normaldır. Çünki söhbət nüvə silahı təhlükəsindən gedir.

«Bəs Böyük Britaniya kimi nəzərdə tutur» sualına isə Felqanhauer belə cavab verib:

«Əlbəttə ki, Rusiyanı. Görünür Böyük Britaniyanın bu potensialı mövcuddur və onu tətbiq etməyə hazırdır. Bu, heç bir ləngimə həyata olmadan həyata keçirilə bilər».

Ekspert bildirib ki, nüvə silahının tətbiq olunmamasına böyük miqdarda pul xərcləmək mənasızdır.

«Çünki qarşı tərəf real nüvə təhlükəsindən şübhələnəcəksə, zərbə endirəcək. Amma bu təhdid, təhlükə real və ciddi olmalıdır».

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri  Maykl Fellon bəyan edib ki, ölkəsi ehtiyac olduğu halda önləyici nüvə zərbəsi endirməyə hazırdır.