vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
23:06 | 26 aprel 2017 | Çərşənbə Məqaləyə 2523 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uçurum dərinləşir...

Rusiyalılar varlılarla kasıblar arasında bərabəsizliyin artdığını düşünür

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalıların çoxu – 68 faizi 2011-ci ildən bəri varlılarla kasıblar arasında bərabərsizliyin artdığını deyir. Daha yaşlılar bu fikirlə gənclərdən çox razılaşırlar. Bu uçurumun dərinləşməsində həyat şəraitinin pisləşməsi və korrupsiya rol oynayır. Bu barədə «Gallup» sorğu mərkəzi yazır.

Mərkəz bildirir ki, elə ötən ay Rusiyadakı etirazlar da rusiyalıların endemik korrupsiyadan və bərabərsizlikdən məyusluğunun artdığını göstərir. Rəy sorğusu ötən il keçirilib, rəyi soruşulan yaşlıların 68 faizi son 5 ildə varlı-kasıb bərabərsizliyinin artdığını söyləyib.

Keçmiş sovet respublikalarından daha dördündə sorğu aparılıb və orada da əhali son 5 ildə bu fərqin böyüdüyünü deyib – Ermənistanda 79 faiz, Ukraynada 77 faiz, Moldovada 77 faiz, Litvada 75 faiz rəyi soruşulan bu fikirdədir.Sorğu mərkəzi qeyd edir ki, küçələrə etiraza çıxanlar gənclər olsa da, bərabərsizliyi görən təkcə onlar deyil. Yaşlılar bunu söyləməyə daha meyllidirlər. Yaşı 55 və yuxarı olanların 77 faizi belə düşünür.

Mərkəz bildirir ki, rusiyalıların belə bir mövqeyinin formalaşmasında onların şəxsi maliyyə durumunun da rolu var. Son illər yaşayış standartlarının pisləşdiyini deyən rusiyalıların sayı iki dəfədən çox artıb. 2014-cü ildə hər 6 nəfərdən biri (17 faiz) belə deyirdisə, 2016-cı ildə hər 3 nəfərdən biri (36 faiz) bu fikirdə olduğunu dilə gətirib.

Yaşam standartının pisləşdiyini deyənlərin 79 faizi bərabərsizliyin artdığını söyləyir. Yaşayışının yaxşılaşdığını deyənlərin 61 faizi bu fikirdədir.Korrupsiya da bu yanaşmanın formalaşmasında az rol oynamayıb. Korrupsiyanın hökumətdə kök saldığını düşünənlərin 74 faizi varlı-kasıb uçurumunun də böyüdüyün düşünür, 45 faiz bunun əksini iddia edir. Amma «Gallup» onu da qeyd edir ki, nə Rusiyanın iqtisadi çöküşü, nə də korrupsiya son illər prezident Vladimir Putinin reytinqinə təsir göstərməyib, yəni ona dəstək azalmayıb. Ötən il Rusiyada yaşlıların 13 faizi dolanışığının kasıb, 29 faizi yaxşı olduğunu, 58 faiz isə mücadilə apardığını söyləyib.

«Gallup» yazır ki, bütün bu tapıntılar bir fikrin qeyri-dəqiqliyini üzə çıxarıb. Yəni, Rusiyada etirazların yalnız bir gənclik fenomeni olduğunu düşünənlər yanılırlar. Düzdür, gənclərin çoxu bərabərsizliyi görür, ancaq belə düşünən, yaşı 55 yaşlı və daha çox olanların sayı onlardan artıqdır.Bir tərəfdən, adamlar yaşlandıqca daha bədbin olurlar. Di gəl, təqaüdə çıxmağa hazırlaşanlar son iki ilin iqtisadi durğunluğunun onlara şəxsən necə təsir edəcəyini də düşünürlər. Ötən ilin avqustunda Rusiyanın Ehtiyat Fondu 32.2 milyard dollara düşüb. 2008-ci ildə bu rəqəm 142.6 milyard dollar idi. Bu azalma Kremlin Sosial Təminat Fondundan vəsait götürməsiylə sonuclana bilər. Bu fond pensiyalar və investisiya layihələrindən ötrü nəzərdə tutulub. Ötən ilin avqustunda hökumət elan edib ki, təqaüdlər əvvəlki illərdəki kimi, inflyasiyaya uyğun qaldırılmayacaq. Hazırda Rusiyada aylıq təqaüd 187 dollar həddindədir.