vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
19:41 | 3 may 2017 | Çərşənbə Məqaləyə 1804 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda daş-kömür mədənində partlayış

40-a yaxın şaxtaçı itkin düşmüş sayılır

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Çimal-şərqində yerləşən Gülüstan əyalətinin Azadşəhr şəhərində daş kömür mədənində baş verib. Hadisə nəticəsində azı 2 nəfər həlak olub, 15-i yaralanıb, 40-a yaxın mədənçi isə itkin düşüb.

Hadisə, mayın 3-ü günorta saat 12 radələrində baş verib və partlayış zamanı mədəndə azı 80 fəhlə olub. İranın Qızıl Aypara Cəmiyyətinin imdad və nicat əməliyyatları üzrə rəsmisi Şahin Fəthi, hadisədən az sonra jurnalistlərə açıqlamasında bildirib ki, partlayış zamanı mədən içində 55 şaxtaçı olub: «Onların 40-ı itkin düşüb və ya mədən içində qalıb».

İran Dövlət Radio-Televiziyasının yaydığı məlumatda isə bildirilir ki, hadisə nəticəsində 18 mədənçi yaralanıb, 50-si isə mədən içində ilişib qalıb. Partlayışa konkret nəyin səbəb olduğu mediaya açıqlanmasa da, hadisə yerinə axtarış-xilasetmə qüvvələrinin cəlb edildiyi bildirilir.

Gülüstan Qızıl Aypara Cəmiyyəti tərəfindən isə partlayışda yaralanan mədənçilərdən 12-sinin adları mediaya açıqlanıb: Əli Gənci Vətən, Məhəmməd Mir Ərəb, Əzizulla Nekui, Tağı Tahirdust, Xadim Mirdar, Hüseyn Mahmudi, Mehdi Onəq, Hüseyn Mirdar Vətən, Həsən Əlixani, Məhəmməd Nüsrəti, Əli Məsudi və Cahangir Sarani.