vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
19:07 | 19 may 2017 | Cümə Məqaləyə 1382 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«PEJAK» seçkiləri saxtalaşdırır

Başqa bölgələrdə yaşayan kürdlər Şura Seçkilərində səs vermək üçün Sulduza gətirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Sulduzda keçirilən Şəhər Şura Seçkilərində səs vermək məqsədi ilə Kürdistanın müxtəlif bölgələrindən Azərbaycan şəhərinə kürd əsilli insanlar gətirilir.

Onlar əsasən Mahabad, Piranşəhr, Sərdəşt, Bukan və Sənəndəc kimi şəhərlərdən Sulduza gəlir. Məqsəd Sulduzda «PEJAK» (PKK-nın İrandakı qolu) terror qruplaşmasının əlaltıları olan kürd namizədlərə səs vermək və Azərbaycan şəhərində kürdləri Şura kimi seçməkdir.

Sosial şəbəkələrdə yayımlanan videolarda kürdlərin müxtəlif məntəqələrdən Sulduza üz tutduğu görünür. Bəziləri isə şəxsi avtomobili ilə Sulduza gəlib və səs verməyə başlayıblar.

Onlar eyni taktikadan parlament seçkilərində də istifadə etdilər. Radikal kürd qruplaşmaları yerli azərbaycanlıların məsələdən xəbərsiz olduğundan istifadə edərək Əbdulkərim Hüseynzadə adlı radikal kürdü seçkilərdə qalıb edib parlamentə göndərdilər. O hazırda bölgənin problemləri ilə məşğul olmaq əvəzinə kürd qaçaqmalçılarına dəstək vermək və bölgədə kürdləşdirmə prosesini həyata keçirməklə məşğuldur.