Çavuşoğlu İsrailə gedib
Bu Türkiyə XİN rəhbərinin Tel-Əvivə ilk rəsmi səfəridir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
İsrail Livanda nə planlaşdırır?
“Əqsa qətliamı “HƏMAS”dan yox, “Hizbullah”dan gözlənilirdi”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
İsrail “Hizbullah”a aid 280 hədəfi vurub
Netanyahu Nyu-York səfəri ərəfəsində Təhlükəsizlik Kabinetini toplayır
-
İsrail Livana hücuma hazırlaşır
Ordu quru əməliyyatlarının simulyasiyasını edib
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
“Evlərinizə qayıtmayın”
İsrail gecə saatlarında Livana hücumu davam etdirib
-
Ən ölümcül gün
İsrail “Hizbullah”ın onlarla hədəfini vurub
-
“Hizbullah” komandiri öldürülüb
İsrail Livana iki gündə 2000 bomba atıb
Türkiyə XİN başçısı Mövlüd Çavuşoğlu son 15 ildə Türkiyə rəsmisinin İsrailə ilk səfərini həyata keçirərək İsrailin xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparıb.
Ötən gün Çavuşoğlu Fələstin administrasiyası rəhbərliyi ilə görüşüb.
Çavuşoğlu israilli həmkarı ilə danışıqlardan sonra keçirilmiş birgə mətbuat konfransında iştirak edib.
Xarici işlər nazirləri iki ölkə arasında keçmiş fikir ayrılıqlarına baxmayaraq, danışıqların müsbət keçdiyini, münasibətlərin inkişafına dair konstruktiv danışıqların aparıldığını bildiriblər.
“Fərqlərimizə baxmayaraq, davamlı dialoq davam etməlidir. Bu, təkcə bizim üçün deyil, həm də regionda sülh üçün vacibdir. Biz bir çox sahələrdə əlaqələrimizi bərpa etmək və mülki aviasiya ilə bağlı danışıqları bərpa etmək qərarına gəldik”, – Çavuşoğlu deyib.
Fələstin-İsrail münasibətlərinə toxunan Türkiyə XİN başçısı qeyd edib ki, Ankara “BMT parametrləri çərçivəsində iki dövlətli həlli” sülhün yeganə yolu sayır.
Yair Lapid Türkiyənin İsraili tanıyan ilk müsəlman dövləti olduğunu xatırladıb.
“Məqsədimiz ölkələrimizin qarşılıqlı üstünlüklərindən faydalanmaqdır. İsraillilər Türkiyəni çox sevir. İsraildən Türkiyəyə çoxlu sayda təyyarə yollanır. Bu gün biz münasibətlərimiz üçün yeni çərçivə yaratmışıq. Uşaqlarımız bundan gələcəkdə faydalanacaqlar”, – İsrail XİN başçısı deyib.