vaxtlı-vaxtında oxuyun! Şənbə, 28 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
23:42 | 24 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir yüksəkrütbəli terrorçu məhv edilib

Beyrutda öldürülən “Hizbullah” komandiri Talal Hamiyə üçün ABŞ mükafat təyin etmişdi

CAVİD

İsrail döyüş təyyarələri bu gün (çərşənbə axşamı) “Hizbullah” terror təşkilatının qalalarından biri olan Beyrutun cənub ətrafına hücum edib.

“Reuters”ə danışan iki təhlükəsizlik mənbəsi İsrailin Beyruta endirdiyi hava hücumunda taleyi hələ bəlli olmayan bir Hizbullah komandirinin hədəf alındığını, İsrail mediası isə hədəfin Talal Hamiyə olduğunu bildirib. Qeyd edək ki, ABŞ Talal Hamiyə üçün 7 milyon dollar mükafat təyin etmişdi

AFP-yə danışan və adının çəkilməsini istəməyən bir mənbə, İsrail ordusunun təsdiqlədiyi hücumda cənub şəhərətrafı Əl-Qobiridəki binanın iki mərtəbəsinin hədəf alındığını bildirib.

Livandakı iki təhlükəsizlik mənbəsi cənub ətrafına hava hücumu nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib.

Livanın Milli Xəbər Agentliyinin (NNA) verdiyi məlumata görə, cənub ətraflarında əl-Qobiridə bir binanın iki mərtəbəsinin hədəfə alındığı hücumdan sonra hadisə yerinə təcili yardım maşınları göndərilib.

İsrail Ordusunun sözçüsü Aviçay Adrai “X” platformasındakı hesabında verdiyi açıqlamada “ordu Beyrut bölgəsində xüsusi hücuma keçdiyini” açıqlayıb.

İsrailin Kanal 14 televiziyası bombardmanın hədəfinin “Hizbullah”da mühüm rolu olan yüksək səviyyəli terrorçu olduğunu bildirib.