BP məyusdur...
EİTİ-ni tərk etmək Azərbaycana pul problemi yaratmayacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bretton Vudsa qayıtmağın vaxtıdır?
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
“Şahdəniz”in sirlər xəzinəsi...
BP və SOCAR qiymətləndirmə aparacaq
-
“Neftsizliyə” immunitet ...
Xərclərə ciddi və şəffaf nəzarət hər şeydən önəmlidir
-
Əliyevin siyasi iradəsinin nəticəsi ...
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
-
İkinci boru kəmərinə ehtiyac yaranacaq
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
-
... Ərzaq qıtlığı, qiymət artımları
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
-
157 giqavattlıq enerji
Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb
-
“Vəziyyət tamamilə fərqlidir”
İlham Əliyev: “Azərbaycan qazına tələbat kəskin artıb və bu nəzərə alınmalıdır”
-
“Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik”
İlham Əliyev: “Azərbaycanın potensialı “Şahdəniz”lə məhdudlaşmır”
-
Fondun mənfəəti astronomik artıb
3 ay ərzində illik proqnozun 45 faizi yerinə yetirlib
-
Dünyada ərzaq böhranı xəbərdarlığı
DB-nin hesabatında Ukraynada istehsalın 45 faiz azalacağı bildirilir
-
“Sıfır da olmasa, sıfıra yaxındır”
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
-
Zəncirin mərkəzi hissəsi - TANAP
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
-
Azərbaycan qazı Avropanın sərhədində
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
-
-4,5 faizlik “inkişaf”
Dünya Bankı: “İran iqtisadiyyatına görə Nikaraquadan sonra ən çox tənəzzül edən ölkədir”
Azərbaycanın Mədən Sənayesində Şəffalıq Təşəbbüsündən çıxmasına baxmayaraq ölkənin həyata keçirdiyi iri energetika layihələrinin maliyyələşdirilməsinə problem yaranmayacaq.
Virtualaz.org xəbər verir ki, bunu aparıcı beynəlxalq maliyyə institutlarının rəsmiləri məsələni «The Financial Times» qəzetinə şərh edərkən deyiblər.
Hərçənd qəzet iddia edir ki, Azərbaycanın bu təşəbbüsü tərk etməsi ölkənin Cənub Qaz Dəhlizi üçün cəlb etməli olduğu milyardlarla dollar krediti təhlükədə qoyacaq. Qəzet EİTİ-yə üzvlüyün könüllü xarakter daşıdığını və bu təşkilatın qərarlarının beynəlxalq maliyyə institutları üçün hüquqi öhdəliklər yaratmadığını yada salır. Bununla belə qəzet hesab edir ki, Azərbaycanın EİTİ-ni tərk etməsi beynəlxalq maliyyə institutlarını Azərbaycana kredit ayırmaq məsələsinə yenidən baxmağa məcbur edə bilər. Çünki ölkənin EİTİ-yə üzvlüyü hasilat sənayesində şəffaflıq üçün əlavə təminat idi.
Azərbaycan Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümovun bəyanatında deyilirdi ki, ölkə bu təşəbbüsdən çıxsa da hasilat sənayesində şəffaflıq prinsiplərinə bundan sonra da əməl edəcək.
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi qəzetə açıqlamasında deyib ki, vəziyyəti dramatikləşdirmək lazım deyil və Azərbaycanın EİTİ-ni tərk etməsinin bu ölkəyə kreditlər ayrılmasına təsir edəcəyini düşünmür. «Bizim özümüzün kredit ayırmaq üçün daxili və kifayət qədər sərt normativlərimiz var, hansısa layihəyə pul yatırmazdan əvvəl biz bu normativlərə ciddi əməl edirik»-bankın nümayəndəs deyib.
Azərbaycanın daha bir iri kreditoru olan Dünya Bankının nümayəndəsi isə daha konkret danışıb. «Biz Azərbaycanı bundan sonra da hasilat sənayesində və gəlirlərin idarə edilməsində şəffaflığa nail olmaq səylərində dəstəkləyəcəyik», - bankdan bildiriblər.
Azərbaycanın EİTİ-ni tərk etməsindən təkcə BP məyusluğnu gizlətmir. «Biz şəffaflıq sahəsində ələ edilən irəliləyşə baxmayaraq Azərbaycanın qərarından məyusuq, Azərbaycanın bu təşkilatdan çıxması heç kimin maraqlarına cavab vermir», - BP-dən deyiblər.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin ümumi dəyəri 40 milyard dollardır. Azərbaycan bu layihədəki payını maliyyələşdirmək üçün beynəlxalq maliyyə institutlarından milyardlarla dollar kredit cəlb edir.