vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
10:17 | 4 avqust 2017 | Cümə Məqaləyə 2309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nə lazımdısa, edəcəyik»

Fariz Nəcəfov: «Bilirdik ki, çətin olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfov «Panatinaikos»la oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Nəticə niyə belə oldu?

- Komandanın yorğuluğu və yeni oyunçuların yaxşı adaptasiya ola bilməməsi nəticədə əsas səbəb oldu. Başqa deyəcək nəsə bir şey yoxdu.


- Rəhbərlik oyun başa çatmamış tərk etdi stadionu. Narazılıq var idi?

- Xeyr, sadəcə olaraq sonlarda artıq nəyisə dəyişmək mümkün olmadığına görə, belə qərar verdilər.


- Səfərdəki oyundan sonra çətin olacağını düşünürdünüzmü?

- Əlbəttə. Bilirdik ki, çətin olacaq. Ancaq ümid edirdik ki, komanda öz oyununu oynaya biləcək. Çünki öz oyununu oynaya bilməyəndə rəqib güclü olur. Bizim komanda bu gün 10-15 dəqiqə oynaya bildi, o da ikinci hissənin əvvəlində. Qalan vaxtlarda rəqib daha güclü görsənirdi.


- Sizcə heyətdə birdən-birə 11 oyunçunun dəyişməsi uğursuzluqda əsas səbəblərdəndimi?

- Əlbəttə, bu amil də böyük rol oynayır. Ancaq biz bunu bilərək və istəyərək etmirik. Belə alınır.


- Avroliqada mübarizəni dayandırdınız. Demək olarmı ki, çempionata daha yaxşı köklənəcəksiniz?

- Çempion olmaq üçün nə lazımdısa, edəcəyik. Ancaq hər şey mövsümün sonunda bəlli olacaq.