vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SAĞLAMLIQ  
16:17 | 17 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2694 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yemək təhlükəlidir!

«Zəhərlənmə halları artır»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaxt.az EL TV-yə istinadən bildirir ki, istixana şəraitində becərilən qarpız və yemiş artıq bazarlarda, yol kənarlarında satışa çıxarılıb. Qarpızın 1 kiloqramı 50 qəpiyə - 1 manata, yemişin 1 kiloqramı isə 1-2 manat aralığında alıcılara təklif olunur.


Satıcı Vüsalə Muradova bəzən alıcı az olduğu üçün məhsulları bundan da aşağı qiymətə satdıqlarını deyir: «Alıcıların çoxu qarpız, yemiş almağa çəkinir. Deyirlər, bu məhsullar satışa tez çıxarılıb».

Qarpız və yemiş alanların əksəriyyəti isə yenicə satışa çıxarılan bu məhsulların dadına baxmaq istəyənlərdir. Mütəxəssislər isə deyirlər ki, bu məhsulların tərkibində nitrat maddəsi var. Qarpız və yemişə gübrə verildikdə həmin maddənin miqdarı artır. Bu da əsasən insanın mədə-bağırsaq sisteminə təsir edir.

«Qarpızda su yüksək miqdarda olduğundan yay fəslində ən çox bundan istifadə edirik. Lakin yüksək miqdarda gübrələnmənin nəticəsində onun tərkibində olan nitratın artması ilə əlaqədar zəhərlənmə halları daha çox qeydə alınır», - deyə Yevlax Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Ülkər Nuriyeva bildirib. O, tövsiyə edib ki, təbii üsulla yetişdirilən qarpız və yemişlərə üstünlük verilsin.