vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
12:56 | 2 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 3265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yay - qarpız mövsümü...

İmişlidə bir isti var, qarpızın içindən çox, çölü qızarır... (“Facebook” atalar sözü)

Vüsal BAĞIRLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Uşaqlığım İmişli rayonunda keçib. Bir dəfə, rayonda atamla kəndə getdim. Bostanda ilk dəfə qarpızı, bu möcuzəvi və qəribə bitkini görəndə çox təəccübləndim.

Qarpız mənə, bitkidən daha çox, kərtənkələ, qurbağa kimi canlıları xatırladırdı. Adama elə gəlirdi ki, bu yaşıl zolaqlı, dəyirmi varlıq, toxunsan, əlimi vursan diriləcək, hərəkətə gələcək və arx boyu harasa diyirlənib gedəcək.

Yay aylarında rayondakı evimizdə qarpız, yemiş, şomba, qovun o qədər çox olardı ki, -  əlli dənə, yüz dənə -  sayı-hesabı bilinməzdi. Qonum-qonşuya paylayardıq, diyirləyib çarpayının, masanın, dolabın altına yığardıq qurtarmazdı.

Həyətdə futbol oynayırdım. Qızmar yay günəşi, Aran istisi və fasiləsiz axan tər dili, dodağı qurudurdu.

Tez evə qaçırdım. Qarpızlardan birini götürüb, ortadan bölürdüm. Yox, rəngi xoşuma gəlmədi. Digər qarpıza əl atırdım, yox, onu da bəyənmədim. Bu qayda ilə 5-10 qarpız zibil qabına atılırdı. Nəhayət, istədiyim rəngi və dadı bir dequstator məharəti, ekspert dəqiqliyi ilə tapırdım və  sulu, ləzzətli qarpız dilimlərini həzmi-rabedən keçirirdim.

Qarpız əsl yay bitkisidir. Böyükdür, suludur, şirindir. Faydalıdır, ucuzdur, boldur. Susuzluğu yatırdır. Üstəlik, pendir-çörəklə də əla gedir.

Bir şeyi pisdir ki, qulağına çəkib nə qədər sıxsan da, çırtmalasan da, nağara kimi döyəcləsən də kəsəndə bəzən yaxşı dəymədiyi, yetişmədiyi məlum olur.

Dünənki qarpızı sınaq yoxlamasından keçirmədən nə olar, olar, lotereya prinsipi ilə aldım. Qarpız ənənəyə uyğun olaraq, sərin suya qoyuldu. Sonra, başı dəyirmi formada kəsildi, ortadan bölündü və gözəl iyi mətbəxə yayıldı. 

Balaca Nurxan səbirsizliklə qarpız istəyirdi, özü də doğranmış deyil, dilim-dilim.

Budur, göy qabıqlı,  qara xallı, al yanaqlı, gəmiyə bənzər iri bir dilim Nurxanın qarşısına qoyulmuşdur.

O, elə hey dişləyir, udur, dişləyir, udurdu. Qarpızın suyu burnundan, ağzından, çənəsindən boğazına süzülür, oradan da dərəaşağı sinəsinə, qarnına axıb tökülürdü.

Nurxan bunu hiss etmirdi. Onun əli, qolu, paltarı, hər yeri yapışqan şirəyə batmışdı. Gözləri ləzzətdən qıyılmış, qarnı şişib tuluğa dönmüşdü.

Fəqət, heç nə Nurxanın vecinə deyildi. O, öz işində idi. Yenə də dişləyir, udur, dişləyir udurdu.

Necə deyərlər, qarpız, ye qarnını qalxız...

Sonda isə, bir sual: Qarpız meyvədir, giləmeyvədir yoxsa tərəvəz bitkisi?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)