Ərdoğanın Gülən davası alovlandı
Fətullahçu holdinq patronu milyardlarla dolları Azərbaycana göndərdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nazarbayev Ərdoğana «YOX!» dedi
«Bu mənim son sözümdür və müzakirə oluna bilməz»
-
Gürcüstanda FETÖ şübhələri
Tiflisdə Dəmirəl adına məktəbi bağladılar
-
051 660 00 38 kimə məxsus olub?
General hərbi qiyam ərəfəsində Azərbayanda kimə zəng vurduğunu açıqladı
-
««Erməni dövləti» qurulacaqdı»
Çevriliş baş tutsaydı Türkiyəni parçalayacaqdılar
-
Gülənin varidatı dövlət büdcəsinə verildi
14 milyarda 10 ədəd Avrasiya tuneli tikmək olar
-
«Qərb liderləri seçim etməlidir»
Ərdoğan: «Ya terrorçularla əlbir olmaq, ya da türk xalqının inamını qazanmaq»
-
Türkiyədə növbəti həbslər
Nazirlər Kabinetinin 40-dan çox əməkdaşı saxlanıldı
-
Daha bir FETÖ-çu tutuldu
Həbs olunan şəxs «Fətullahçı terror örgütü»nün Azərbaycan üzrə məsul şəxsidir
-
«Bu, bədbəxt nikaha bənzəyir»
«Türkiyə ilə Birləşmiş Ştatlar çox xoşbəxt olmasa da, uzun zaman bir yerdə qalacaq»
-
Milyon dollarlıq proses
Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş
-
051 660 .. .. nömrəli «Azərcell» abunəçisi
Generalın hərbi qiyam ərəfəsində Azərbaycanda hansı abonentə zəng vurduğu üzə çıxdı
-
Tillersonun uğursuz Türkiyə səfəri
Dövlət katibinin Ankara ziyarəti iki ölkə arasındakı gərginliyi azalda bilməyib
-
«1 nömrəli fiqur»un Bakıya zəngləri
Ordu generalı Öztürk hərbi çevriliş cəhdindən əvvəl Azərbaycanda kimlərlə danışıb...
-
450 min dollar nə üçün idi?
Flinn ətrafında yeni həngamə: AKP hökuməti, türk biznesmen, «Fətullah Gülən pazı»
-
«FETÖ mənsubu» diplomat Bakıdan qaçıb
General Mehmet Dişlinin səfirlikdə işləyən ikinci katib oğlu Türkiyəyə qayıtmayıb...
-
Türkiyənin Trampdan gözlədiyi 5 addım
«USA Today» qəzeti: «ABŞ Ankara üçün nə etməlidir?»
Türkiyə polisi Fətullah Gülənə bağlı daha bir iri biznes strukturunu çökdürmək üçün hərəkətə keçib. Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iki gün əvvvəl ofisində axtarış aparılan «Koza İpek Holding» şirkətlər qrupuna məxsus 121 milyard dollarlıq çirkli pul transferinə dair dəlillər aşkar edilib.
Holdinqin rəhbəri Akın İpek isə axtarışdan əvvəl 7 milyard dollarla Böyük Britaniyaya qaçıb. Məlumatlara görə, holdinqin çirkli pul transferi həyata keçirdiyi ölkələr arasında Azərbaycan da yer alır.
AKP-yə bağlı qəzetlərin yazdığına görə, axtarışdan əvvəl izi itirmək üçün holdinqin ofisində 170 kompüterdən 140-nın sərt diski yenilənib. Lakin kserokopiya aparatlarının yaddaş kartını yeniləmək yaddan çıxıb və beləliklə də holdinqin qara pul dövriyyəsinə dair dəlilləri aşkar etmək mümkün olub.
Məlum olub ki, son il yarımda holdinqə daxil olan şirkətlər üzərindən 121 milyard dollar pul trafiki həyata keçirilib.
Şirkət Fətullah Gülən camaatının «himmət paraları» olaraq iş adamlarından topladığı pulu leqallaşdırmaq üçün aşağıdakı mexanizmdən istifadə edib: xaricə transfer edilən pullar gəlir kimi göstərilərək Türkiyəyə geri qaytarılıb.
Aşkar edilən sənədlərə görə, 2010-cu ildə Malta və Bəhreynə investisiya adı altında 1,7 milyard dollar transfer edilib. Cəmi il yarımdan sonra bu pullar guya gəlir gətirərək 7,3 milyard dollar olaraq Türkiyəyə qaytarılıb.
Fətullah Gülən camaatının topladığı milyardlarla dollar «himmət paraları» Azərbaycan, Sudan, Kipr və Maltaya da transfer olunub.
«İpek Holdinq»ə qarşı istintaqı Ankara Cümhuriyyət Prokurorluğu aparır. Holdinq «Fətullahçı terror təşkilatına» maliyyə dəstəyi göstərməkdə ittiham olunur.
Fətullah Gülənlə Ərdoğan arasında münasibətlər 2013-cü ilin dekabrında açıq qarşıdurma mərhələsinə daxil olduqdan sonra Türkiyə liderinin keçmiş «hocası» indi «bir nömrəli terrorçu» statusundadır və onun başçılıq etdiyi təriqət terror təşkilatı kimi tanınıb.
Gülənə bağlı ən iri holdinqlərdən olan «Koza İpek Holdinq»ə Afrikada qızıl mədənləri işlədən, Türkiyədə ticarət, media və biznesin digər sahələrində fəaliyyət göstərən çoxsaylı şirkətlər daxildir.
«Kanaltürk», «Bu gün TV» telekanalları və «Bu gün» qəzeti də bu holdinqə məxsusdur.
Holdinqin Azərbaycanda «Koza Davətiyyə» adlı şirkəti fəaliyyət göstərir. Bu şirkət müxtəlif formalı dəvətnamələrin çapı və satışı ilə məşğuldur.