«WannaCry» virusu Şimali Koreyadan göndərilib?
Britaniya kəşfiyyatı «Lazarus» qrupundan şübhələnir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Trampın komandanı onun əmrinə itaət etməyəcyini deyib
«Əgər qanunsuz əmri yerinə yetirsən, ömürlük həbsxanaya göndərilə bilərsən»
-
Ukrayna kiberhücumun arxasında Rusiyanın olduğunu deyib
Qarşı tərəf isə iddiaları əsassız adlandırır
-
«Təsadüfi deyil ki, virus sözü «RUS»la bitir»
Ukraynanın erməni nazirindən «Petya»dan danışdı
-
«Petya» Rusiya və Ukraynaya «dağ» çəkdi
Onlarla idarənin kompüterləri virusa yoluxub
-
Dünyanı lərzəyə salan kiber-viruslar...
... Və ya böyük dövlətlərin gizli maraqları
-
Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) may ayında 150 ölkədə hökumət, səhiyyə və özəl şirkətlərə aid 200,000-dən çox kompüterin işinə təsir göstərmiş «WannaCry» virusunun Şimali Koreya-dan göndərildiyini bildirib.
Bu barədə BBC-ə NCSC-dəki mənbələr bildirib.
NCSC «WannaCry» virusu ilə bağlı aparılan beynəlxalq istintaqa başçılıq edir.
«Kaspersky Lab» və «Symantec» şirkətləri bundan əvvəl bildirmişdilər ki, «WannaCry» hücumunun arxasında «Lazarus» qrupu dayana bilər.
May hücumunun arxasında «Lazarus» hakerlərinin durduğu ehtimalını bir qədər əvvəl ABŞ xüsusi xidmət orqanları da irəli sürmüşdü.
İndi bu qənaətə Britaniya ekspertləri də gəlib.
«Lazarus» qrupu eləcə də, «Hidden Cobra» və «Guradians of the Peace» adlarından da istifadə edir.
Qərbdə hesab edirlər ki, bu qrup «Bureau» 121 adı ilə tanınan Şimali Koreya kəşfiyyatının kiber şöbəsi ilə bağlıdır.
Bu şöbə barədə BBC-ə 2015-ci ildə Şimali Koreyadan qaçmış informatika professoru Kim Honq Kvanq (Kim Heung-Kwang) danışıb. Onun sözlərinə görə, həmin şöbədə 6 minə yaxın «hərbi haker» çalışır.
Onlar rabitə xətləri və peyklərə kiber hücumlar təşkil etməklə məşğuldur.
Həmin mənbəyə əsasən, «Bureau» 121 Şimali Koreya hökumətinin prioritet layihələrindən biridir.
Qərb ekspertləri «Lazarus qrupunu «Bureau» 121-in tərkib hissəsi sayır.
Güman edildiyinə görə, 2014-cü ildə «Sony Pictures» kino şirkətinə edilmiş hücumun arxasında məhz bu qrup dura bilərdi.
«Sony Pictures»in həmin ildə çəkdiyi müsahibə filmində Şimali Koreya liderinin qətlə yetirilməsi səhnəsi təsvir olunmuşdu.
Keçən il Asiya Mərkəzi banklarına edilmiş hücumun da «Lazarus» qrupu tərəfindən təşkil edildiyi güman olunur.
O zaman hakerlər həmin banklardan 101 milyon dollar çıxararaq başqa ölkələrə köçürmüşdülər.
«WannaCry» kompüter fayllarını bloklayaraq istifadəçidən faylların açılması üçün 300 dollar ödəniş tələb edir.