Trampın komandanı onun əmrinə itaət etməyəcyini deyib
«Əgər qanunsuz əmri yerinə yetirsən, ömürlük həbsxanaya göndərilə bilərsən»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
«The Guardian» yazdığına görə , ABŞ nüvə qüvvələrinin komandanı olan general deyib ki, o prezident Donald Trampın hər hansı «qanunsuz» nüvə zərbəsinə dair əmrinə itaətsizlik göstərəcək.
ABŞ Staretji Komandanlığının (Stratcom) komandanı, hərbi hava qüvvələri generalı Con Hiten (John Hyten) Kanadanın Nova Skotia şəhərində keçirilən «Halifax» beynəlxalq təhlükəsizlik forumunda bildirib ki, o belə bir əmr alacağı təqdirdə nə edəcəyi barədə çox düşünüb.
«Məncə bəzi adamlar düşünürlər ki, biz axmağıq, - Hiten deyib, - Amma biz axmaq adamlar deyilik axı. Biz bu şeylər haqqında çox düşünürük. Əgər sən bu qədər məsuliyyət daşıyırsansa, belə şeyləri necə düşünməyə bilərsən?»
ABŞ-ın nüvə cəbbəxanasına rəhbərlik edən Hyten belə bir əmrin verilməsi ilə bağlı proseduru izah edib.
O deyib ki, «Stratcom»un rəhbəri kimi «mən prezidentə məsləhət verirəm, o isə bunun əsasında nə etmək lazım olduğu barədə qərar qəbul edir».
«Və təsəvvür edin ki, belə bir əmr qanunsuz olduğu halda nə baş verəcək. Mən deyəcəyəm ki, «cənab prezident, bu qanunsuzluqdur». İndi təsəvvür edin ki, o nə deyəcək? O deyəcək ki, «necə etsək bu iş qanuni olar?» Bundan sonra biz bir neçə variantın qarışığı barədə razılığa gələ bilərik. Bu belə olmalıdır. Əslində burda elə bir mürəkkəb şey yoxdur», - deyib general
Hiten bildirib ki, əmrin qanunsuz olduğu hallarda buna necə reaksiya vermək barədə praktik qaydalar var: «Əgər sən qanunsuz əmri yerinə yetirsən, həbsxanaya göndərilə bilərsən. Həm də bu ömürlük ola bilər».
«The Guardian» yazır ki, Pentaqon Hitenin qeydləri barədə şərh verməyib.
Bundan əvvəl həm demokrat, həm də respublikaçı senatorlar Trampın müharibəyə başlamaq səlahiyyətləri, nüvə silahlarından istifadə etmək və beynəlxalq sazişləri ləğv etmək hüquqları barədə məsələ qaldırırdılar. Bu sualların ortaya çıxmasına səbəb Şimali Koreya ilə bağlı yaranmış böhrandır.
Tramp Şimali Koreyanın lideri Kimlə dəfələrlə təhdid və təhqir mübadiləsində olub və özünün BMT-dıki ilk nitqində lazım gələrsə, 26 milyon əhalisi olan bir ölkəni tamamilə darmadağın edə biləcəyəini deyib.
Bəzi senatorlar prezidentin nüvə silahları sahəsindəki səlahiyyətlərini müəyyən edən qanunvericilik aktının olmasını istəyirlər və ötən həftə Senat komitəsi son qırx ildə ilk dəfə olaraq prezidentin nüvə zərbəsi endirmək səlahiyyətinə dair dinləmə keçirib.