
Tomrisin varisləri
SSRİ-də ilkə imza atan hərbçi qadınlarımız
SSRİ-də ilkə imza atan hərbçi qadınlarımız
Biz faşizmlə 35 il döyüşdük
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Almaniya şəhərində son 10 ilin ən böyük əməliyyatına başlanılıb
Nasistlərin Enigma kodunu açan Şarlotta Uebb qadın hərbçilərin idealı idi
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
Faşist Almaniyası ordusu ilə birləşən xorvat yaraqlıları yüzminlərlə serbi qətl ediblər
İkinci Dünya müharibəsinin sığınacağı hotelə çevrildi
Özəl mülkiyyətdən keçdiyi üçün ...
... və ya Rusiya cəmiyyətinin kodları
Çünki Qarabağda üfüqlər sakit deyil!
“Bütün “Şərq Tərəfdaşlığı” sammitlərində Azərbaycanın suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır”
“Azərbaycanla münasibətləri korlaya bilmərik”
Tiflis Bakı ilə strateji müttəfiqlikdəki məsuliyyətini anlamalıdır
Bu gün Rusiyanın paytaxtında alman faşizmi üzərində Qələbənin 80 illiyi münasibətilə keçirilən 9 May paradını diqqətlə izlədim və açığı, heç bir hiss, həyəcan yaşamadım (hərçənd ki, mənim ilk uşaqlıq illərim sovet dövrünün sonlarına (1970/80-ci illərə) təsadüf edib, o vaxt keçirilən 9 may nümayişlərini indiki kimi xatırlayıram).
Bu gün Moskvada keçirilən parad o paradların, nümayişlərin sadəcə miskin maketidir, trafaretidir, kalkasıdır.
O paradların ruhu, enerjisi, əzəməti, hiss və həyəcanı bugünkü paradda qətiyyən hiss olunmadı. Çünki qorbaçovların, yeltsinlərin və putinlərin dövründə 9 May paradı öz ilkin mənasını, məzmununu, təyinatını tamamilə itirdi. Adları çəkilən liderlər 9 May paradlarından siyasi və geosiyasi məqsədlər üçün istifadə etməyə başladıqlarına görə bu paradlar da get-gedə milyonlarla insanın gözündən tamamilə düşdü.
Hətta Putinin bugünkü saxta parada 27 dövlətin liderini yığmağı da bu parada heç bir əzəmət-flan qazandırmadı. Fb dostlarımızdan birinin sözüylə desək, paradda nə qədər dəxlisiz ölkələrin rəhbərlərinin iştirak etdiyini hamınız gördünüz. “Mehriban düşmən”lər kimi tanınan Lukaşenko və Paşinyanın paradda yan-yana dayanması isə, ümumiyyətlə, parodiya idi.
Putinin paradda çıxışı zamanı, “Böyük Vətən müharibəsində iştirak edən müxtəlif millətlərin nümayəndələrinin böyük qəhrəmanlığı isə dünya tarixində əbədi olaraq rus əsgərləri kimi qalacaq” ifadəsini səsləndirməsi isə əsl absurd oldu. Rusiya liderinin velikorus şovinizmi artıq ifrat həddinə çatıb. Onun 2-ci Dünya savaşında SSRİ ordusunda döyüşən və həlak olan milyonlarla azərbaycanlı, qazax, qırğız, özbək, gürcü, moldovan, ukraynalı, yəhudi əsilli şəxsləri “rus əsgəri” kimi möhürləməyə çalışması onların xatirəsinə qarşı hörmətsizlikdir.
Mənim babam Sehri Mirzəyev və böyük əmim Gülmirzə Mirzəyev də o qanlı-qadalı müharibədə həlak olublar. Onlar rus əsgəri deyildilər, azərbaycanlı idilər, Azərbaycan türküydülər, müharibəyə Yardımlıdan səfərtbər olunmuşdular. Onlar faşizmə qarşı mübarizə aparan xalqların birliyində Azərbaycanı təmsil edirdilər. Mən onlarla qürur duyuram. Yaxasına işğalçılığın rəmzi olan “Georgi lenti”ni taxan Putlerin onları “rus əsgəri” adlandırmağa əsla ixtiyarı yoxdur.
Həmçinin, Rusiyanın da Ukraynaya soxulan işğalçı bir ölkə kimi faşizm üzərində Qələbə paradı keçirməyə heç bir mənəvi haqqı yoxdur.
P.S. Raşizmin faşizmə qarşı parad keçirməsi həqiqətən də çox gülməlidir.