Merz hökumətində siyasi böhran
Almaniyada erkən seçki çağırışları güclənir
11:27 | 16 avqust 2024 | Cümə
Məqaləyə 652 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada İkinci Dünya müharibəsindən qalma sığınacaq hotelə çevrildi. Nasist Almaniyası dövründə Hamburqda tikilən St. Pauli sığınacağı Böyük Britaniyanın “Hard Rock” şirkəti tərəfindən hotelə çevrildi.
Damda yaşıllıqdan əlavə böyük barı olan 5 mərtəbəli binada iki restoran da var.
55 ekran televizor və “Alexa smart” köməkçisi kimi funksiyaları olan standart otaqlar gecəlik 180 avrodan başlasa da, şəhər mənzərəli suitlər üçün qiymət 270 avroya qədər qalxır.
Sığınacağın girişində tikilən kafe və barlardan yararlanmaq üçün hotelin müştərisi olmaq şərt deyil. Bundan əlavə, binanın üst mərtəbəsindəki yaşıllıq sahəsi də əhalinin istifadəsinə verilib.
Hamburqdakı tikili Böyük Britaniyanın 1940-cı ildə Berlinə hava hücumundan sonra tikilmiş səkkiz sığınacaqdan biridir. Müharibə illərində bu sığınacaqlarda zenit batareyaları da yerləşib.
76 min tonluq sığınacaq 2,5 metr qalınlığında divarlara malikdir və hücumlardan demək olar ki, heç bir zərər görməyib.
2 min nəfərlik konsert salonu olan 134 çarpayılıq hotel layihəsinə dəstək verən Anita Engels deyir: “Binanın hündürlüyünü yaşıllıqlarla artırmaq ideyası nasist diktaturasından qalan bu nəhəng beton bloka müsbət xüsusiyyət əlavə etmək məqsədi daşıyır”.
Hotelə çevrilən sığınacağı ziyarət etməyə gedən 72 yaşlı Bricit Şulz deyib ki, “tarixi canlı saxlamaq vacibdir, xüsusən də şahidlər yoxa çıxarkən”.