
“F-16” modernləşməsi
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Polşada kəşfiyyat müharibəsi böyüyür
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Ölkədə minlərlə gənc 27 günlük hərbi hazırlıqdan keçir, hədəf hər il 100 min ehtiyat əsgər
Leipzigə məcburi eniş
Almaniya-Polşa nəzarət məntəqəsində böyük miqrant gərginliyi
Cənubi Koreya ilə Polşanı meqa tank müqaviləsi imzaladı
“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Polşada keçirilən prezident seçkilərində müxalifətin namizədi qalib gəlib
Hər iki namizəd Polşa seçkilərində qələbə qazandıqlarını bəyan ediblər
Rusiya-Ukrayna müharibəsinin kölgəsində Polşada ikinci tur
Donald Tusk: “Biz Baltik dənizində geridə qalan şübhəli rus gəmisinə qarşı müdaxilə etdik”
Yusif Məmmədəliyev – neft kimyasının səssiz dahisi
“Pom-Bär” məhsulları geri çağırılıb
II Dünya Müharibəsi zamanı yoxa çıxan və dağın altındakı gizli tunellərdə olduğu iddia edilən 3 vaqon faşist qızılının Polşanın Valbrşix şəhərinin dağlıq bölgəsində olması barədə şəhər idarəçilərinə məktub çatdırılıb. Məktub açıqlananda böyük həyəcan var idi. Müharibə zamanı dağ altında gizli tunellərdə gizlədilən qiymətli metalın tapıldığı bildirilib. Valbrşix şəhərinin səlahiyyətliləri aldıqları məktubda hadisəni təsdiqləyib və araşdırmaya başladıqlarını bildiriblər.
***
Polşa səlahiyyətliləri, İkinci Dünya Müharibəsi sonunda itən nasistlərin əfsanəvi qızıl qatarının yerinin olduğunu iddia edən bir məktub aldıqlarını söyləyib. 23 aprel tarixli məktuba əsasən, adının açıqlanmasını istəməyən göndərici yazıb ki, o, ölkənin cənub-qərbindəki Valbrziç şəhəri yaxınlığındakı tuneldə gizlədilmiş “kamuflyajlı qatar vaqonları” tapıb.
Rəvayətə görə, müharibənin son aylarında faşist zirehli qatarı Vroslavı tərk etdi, lakin iki stansiya arasındakı yeraltı tunel şəbəkəsində gizlənərək Valbrşixa çata bilmədi.
Qatardakı qızıllar, zinət əşyaları və sənət əsərləri yoxa çıxıb və o vaxtdan xəzinə ovçuları onları tapmağa çalışırlar.
İndi isə varlığı bir çox tarixçi tərəfindən mübahisələndirilən qənimətlə dolu qatarın bölgədəki gizli tuneldə yerləşdiyinə dair iddiaların yer aldığı Valbrşix səlahiyyətlilərinə göndərilən məktubun ciddiyə alındığı bildirilib.
***
“İkinci Dünya Müharibəsi dövrünə aid 3 qatar vaqonu kamuflyajlı tuneldə gizlədilib. Hər vaqonun uzunluğu təxminən 12, eni 4 və hündürlüyü 4 metrdir. Vaqonlar tunelin girişindəki bağlı, sürüşən polad qapının arxasında gizlənib. Vaqonlarda qızıl da daxil olmaqla qiymətli metallar var. Dəqiq geodeziya məlumatları onun ixtiyarında ola bilər”, – deyə məktubu göndərən şəxs bildirib.
“Təfərrüatlarını açıqlaya bilmədiyim bir adam mətbuatın “qızıl qatar” adlandırdığı kəşflə bağlı reportaj hazırladı. Məktubda sənədləşdirilmiş və konkret görünür. Məktubda dörd əlavədən bəhs olunur, onlardan biri içərisində qatar olan tuneldir”, - Valbrşix Bələdiyyəsinin sözçüsü Kamila Şvierçinska bildirib.
“Müxtəlif mənbələri və sənədləri araşdırandan sonra adam belə qənaətə gəlib ki, içərisində qızıl qatarı olan tunel tapıb”, – Valbrşix əyalətinin Abidələrin Mühafizəsi İdarəsinin rəhbəri Anna Novakovska bildirib.
İkinci Dünya Müharibəsinin son aylarında Polşanın cənub-qərbindəki Vroslav şəhərində (o vaxt Breslau kimi tanınırdı və Almaniyanın bir hissəsi idi) nasist məmurları irəliləyən Sovet ordusundan xilas olmaq üçün qatar vaqonlarını qənimətlə doldurdular. Qənimətə çarların əfsanəvi Kəhrəba otağından olan xəzinələrin də daxil olduğu bildirilir.
Kəhrəba panellərindən ibarət otaq 1941-ci ildə nasist qüvvələri tərəfindən Leninqradın kənarındakı saraydan qarət edilib və o vaxtdan bəri görünməyib.
Valbrşix səlahiyyətliləri bildiriblər ki, son açıqlamalar verən şəxs qatarda axtarış aparmaq üçün icazə üçün müraciət etməyib.