Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
21:06 | 14 may 2025 | Çərşənbə
Məqaləyə 303 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
“Yox” demirlər, amma nəticə də yoxdur
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edərkən, Pakistanla sarsılmaz həmrəyliyə və dəstəyə görə Azərbaycana dərin minnətdarlığını bildirib və ölkəmizin nümayiş etdirdiyi mövqenin iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürü olduğunu deyib.
Pakistan rəhbərliyinin Azərbaycana təşəkkür edəcəyi gözlənilən idi. Çünki mayın 7-10-u tarixlərində Hindistanın Pakistana xain hücumları zamanı Azərbaycan Pakistana siyasi dəstək nümayiş etdirmiş, bu ölkənin xalqıyla həmrəy olduğunu bildirmişdi.
Yeri gəlmişkən, həmin günlərdə müsəlman ölkələri arasında yalnız Türkiyə və Azərbaycan Pakistana açıq mənəvi, siyasi dəstək sərgilədi.
Şahbaz Şərif Azərbaycanla bərabər, Türkiyəyə də minnətdarlığını bildirib.
Düşmənlərimizə qarşı savaşmalı olduğumuz zamanlarda gerçək dostlarımızı da daha yaxından tanımaq imkanı əldə edirik. Bu mənada Azərbaycan, Türkiyə və Pakistanın dostluğu, müttəfiqliyi bütün müsəlman və türk cümhuriyyətlərinə yaxşı mənada örnək ola bilər.
Ümumiyyətlə, Tanrı bu üç ölkənin üzərinə “gerçək müsəlman həmrəyliyi necə olmalıdır” sualına ən doğru cavabı tapmaq və onu əməli olaraq göstərmək missiyasını da qoyub. İndi bu üç ölkənin dostluq (qardaşlıq) və həmrəylik modelini bütün Türk-İslam dünyasında necə tətbiq etməyin yolları barədə düşünmək lazımdır. Çünki hazırkı “İslam həmrəyliyi” anlayışı artıq çoxdan çürüyüb və əhəmiyyətini, işləkliyini itirib...
(ardı var)