Tramp Səudiyyəni, nazirləri Qətəri dəstəkləyir?
FTB haker hücumunu körfəz ölkələrinin sifariş etdiyiyini iddia edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... Rəngini dəyişib, bəs xasiyyəti?
Əfv müqabilində ambisiyalarından və siyasətdən uzaq duracağını vəd edən “Müsəlman qardaşlar” ...
-
ABŞ Misirə 1,3 milyard dollarlıq hərbi yardım
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
Mişel Qətərdə nə axtarır?
AB Körfəz ölkələri ilə münasibətləri yaxşılaşdırır
-
Siyasətdən uzaqlaşmaq müqabilində əfv
Misir “Müsəlman Qardaşlar”la anlaşa bilərmi?
-
Misirdə barışıq təşəbbüsü
“Müsəlman Qardaşlar” məhbusların azadlığa buraxılması müqabilində siyasətdən əl çəkəcəyini deyir
-
Nildə fironların qayaüstü təsvirlər tapılıb
Nəhəng çayın 3500 il qoruduğu heroqliflər suyun altında da aydın görünür
-
26 pozuntu “aysberqin görünən hissəsidir”
Dünya Çempionatı zamanı Qətərdə miqrant işçilərə qarşı zorakılıq davam edir
-
Kök salmış ideoloji “alaq”lar
Onlar üçün azərkeşlərin coşdurduğu tribunalar, həsrətlə gözlədikləri böyük futbol önəmli deyil
-
Cəhalət ...
Az bilən və çox inanan insandan daha təhlükəlisi yoxdur
-
Argentinada futbol qadağası
Kimlərə matça getmək yasaqlandı?
-
Qətərdə panika
Azarkeşlərin yerləşdiyi ərazidə yanğın baş verdi
-
Qətərə hücum gözlənilir
“İrana təzyiq artdıqca, daha da aqressivləşir”
-
FİFA-ya çağırış
“İran dünya çempionatından kənarlaşdırılmalıdır”
-
“Yaxın Şərq NATO-su” qurula biləcəkmi?!
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
«The Guardian» yazır ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və onun Körfəz müttəfiqlərini kəskin tənqid edib. Departamentin bəyanatında deyilir ki, bu ölkələr Qətərə qoyduqları embarqonun səbəblərini «düz-əməlli» izah etməyiblər.
Məqalədə deyilir ki, Ər-Riyadın və Birləşmiş Ərəb Əmirliklərinin belə açıq tənqid edilməsi, prezident Donald Trampın Qətərin elə bu ölkələr tərəfindən blokadasını tam dəstəklədiyini bildirən bəyanatı ilə kəskin ziddiyyət təşkil edir.
Belə bir təsəvvür yaranır ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin xaricdə apardığı siyasət Trampın ritorikasından çox uzaqdır.
«İndi artıq iki həftədir ki, embarqo davam edir. Biz mat qalmışıq ki, Körfəz ölkələri nə qətərlilərə, nə də ictimaiyyətə Qətərə qarşı iddialarını açıqlamayıblar», - deyib Dövlət Departamentinin sözçüsü Hizer Noert (Heather Nauert).
Sözçü bildirib ki, vaxt keçdikcə Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərəkətləri daha çox təəccüb doğurur.
«Hazırda biz bir sualla üz-üzəyik: Onların hərəkətləri doğrudanmı iddia edildiyinə görə Qətərin terrora verdiyi dəstəkdən narahatlıqla əlaqədardır, yoxsa, bu, Körfəz Əməkdaşlığı Şurasının üzvləri arasında çoxdandır ki, qaynayan incikliyin təzahürüdür?» - deyib sözçü.
Səudiyyə Ərəbistanı Trampı qonaqlayandan iki həftə sonra Qətərə qarşı embarqo elan edib. Belə görünür ki, Ər-Riyadın tərəfini tutan Tramp Qətəri terrora iddia olunan dəstəyinə görə cəzalandıran blokadanı dəfələrlə alqışlayıb.
İyunun 6-da yazdığı tvitdə Tramp baş verənləri hətta fəxrlə öz səfərinin nailiyyəti kimi tərifləyib.
O deyib ki, «təəssüflər olsun, Qətər tarixən terroru dəstəkləyən bir ölkə olub».
Lakin ötən həftə ABŞ müdafiə naziri Ceyms Mattis (James Mattis) Qətərlə, bu ölkəyə 12 milyard dollar dəyərində 36 ədəd F-15 qırıcı təyyarəsi satılmasına dair kontrakt imzalayıb.
Buna baxmayaraq Dövlət Departamentinin sözçüsü Noert, Reks Tillerson və Trampın mövqeləri arasında kəskin fərq olduğunu təkzib edib.
O deyib ki, həm dövlət katibi, həm də prezident bu məsələnin həllini istəyirlər.
Sözçü bunu da əlavə edib ki, Tillerson bundan sonra Qətər böhranında vasitəçilik etməkdə məna görmür.
Noert deyib ki, Tillerson embarqo başlanandan bəri iki həftə ərzində Körfəz ölkələrinin rəhbərləri ilə təmaslarda olub.
Nauertin dediyinə görə, əslində vasitəçilyi dayandırmağı prezident Tillersona həftələr öncəsi tapşırmışdı.
«Prezident demişdi ki, qoy problemi özləri həll etsinlər», - deyib Nauert.
Bu embarqodan az əvvəl Qətərin dövlət xəbər agentliyinə haker hücumu olmuş və agentliyin saytında guya Qətər əmirinə aid olan qeydlər yerləşdirilmişdi. Guya bu qeydlərdə əmir Trampın uzun müddət prezident qalacağına şübhə etdiyini bildirirdi.
Əmirə aid edilən qeydlərdə bu da deyilirdi ki, o Həmas və İranla əməkdaşlıq faydalıdır.
Ötən çərşənbə axşamı Qətərin baş prokuroru bildirib ki, haker hücumu elə embarqonu qoyan ölkələrdən qaynaqlanıb.
Prokuror konkret ölkə adları çəkməyib, lakin FTB iddia edirdi ki, haker hücumunu Körfəz ölkələrinin sifarişi ilə Rusiya hakerləri həyata keçiriblər.
«The Guardian» diqqəti belə bir məqama çəkir ki, Körfəz mübahisəsi Dövlət Departamenti və Müdafiə Nazirliyinin prezidentdən fərqli xətt tutduğunu göstərən növbəti epizod olub. Bu fikir ixtilafı xüsusilə də Rusiya ilə əlaqəsi olan məsələlərdə üzə çıxır.
Əksər Konqress respublikaçıları tərəfindən dəstəklənən Tillerson və Mattis bu qənaətdədirlər ki, Ukraynaya görə Rusiyanın üzərinə qoyulmuş sanksiyalar qüvvəsində saxlanmalıdır. Lakin Tramp sakitcə bu sanksiyaların qaldırılmasına çalışır.