Tramp NATO-dan narazıdır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
15:51 | 19 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 2022 dəfə baxılıb
Şriftin ölçüsü
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
“Daily Telegraf” yazıb ki, Rusiya Ukraynaya qarşı İran pilotsuz təyyarələrindən istifadə etdikdən sonra FİFA İranı dünya çempionatından kənarlaşdırmaq tələbləri ilə üzləşib.
Britaniya parlamentinin üzvü Kris Brayant adı çəkilən Britaniya qəzeti ilə söhbətində Ukraynaya hərbi müdaxiləni dəstəkləyən ölkələrin idman komandalarını ölkədən çıxarmağa çağırıb.
O, həmçinin bütün dünya idman orqanlarından Ukrayna müharibəsi zamanı Tehran və Rusiya arasında qarşılıqlı əlaqələri diqqətlə izləməyi xahiş edib.
“Diktatura rejimləri idman uğurlarından həzz alırlar. Bu fürsəti onlara verməməliyik”, – deyə, Brayant əlavə edib.
Bundan əvvəl Dünya Futbol Federasiyası (FİFA) Ukraynada baş verən müharibə ilə əlaqədar Rusiya millisinin 2022-ci il dünya çempionatında iştirakını qadağan etmişdi.
Avropa Futbol Federasiyası da ruslara bu qitənin klub yarışlarında və növbəti Avropa Millətlər Kubokunda iştirakını qadağan edib.
Amerika, İngiltərə və Uels milliləri ilə 2022-ci il dünya çempionatının qrup mərhələsində yer alan İran milli futbol komandası noyabrın 21-də ilk oyununda İngiltərə millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, İranın 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından kənarlaşdırılması üçün FİFA-ya müraciət edilib. Bu barədə “Daily Football” məlumat yayıb.
Məlumata görə, insan haqları qrupu Dünya Futbol Federasiyasına (FİFA) ünvanladığı məktubda qadınlara qarşı rəftar və onların stadionlara buraxılmaması səbəbindən İran millisinin Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatından kənarlaşdırılmasını istəyib.