vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
11:16 | 27 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 3301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Embarqoların təsiri necə olub?»

ABŞ: «Qətərin 4 ərəb ölkəsinin tələblərinə əməl etməsi çətindir»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Xarici İşlər naziri Reks Tillerson dörd ərəb ölkəsinin embarqonun aradan qaldırılması üçün Qətərdən tələb etdiyi bəzi şərtlərin «yerinə yetirilməsinin çətin olduğunu» söyləyib. Ancaq Tillerson tələblərin böhranın həlli yolunda bir növ təməl yaratdığını vurğulayıb.

Qətər Xarici İşlər naziri öncəki gün Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin tələb etdiyi 13 şərti rədd edib.

Adı keçən dörd ərəb ölkəsi Qətəri terroru dəstəkləməkdə ittiham edir və Qətər isə bu ittihamı rədd edir.

Ölkə, iki həftədən uzun bir müddətdir ki, heç vaxt görmədiyi diplomatik və iqtisadi embarqolarla qarılaşıb. Qida və digər istehlak maddələri Türkiyə və İran tərəfindən ölkəyə verilir.

Səudiyyə Ərəbistanın başçılığı ilə dörd ərəb ölkəsi, Qətərin İranla münasibətlərini azaltması və ölkədəki türk hərbi bazasının bağladılmasını tələb edir. Keçən cümə günü elan olunan tələblərin yerinə yetirilməsi üçün 10 gün vaxt verilib.

Eləcə də ərəb ölkələri, Qətər hökumətinin maliyyələşdirdiyi Əl-Cəzirə televiziyasının bağladılmasını istəyirlər.

ABŞ Xarici İşlər naziri Tillerson Qətər hakimiyyətinin tələbləri nəzərdən keçirdiyini deyib və bildirib ki, «həllə varmaq üçün davam edən dialoqun yaranması istiqamətində əsas yaradacaq mühüm sahələr var».

Bununla yanaşı Tillerson ərəb ölkələrini də «terroru və ekstremizmi dayandırmaq üçün birgə mübarizəyə» səsləyib.

 

Qətər hökuməti nə deyib?

 

Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd ibn Əbdülrəhman əl Thani Əl-Cəzirəyə verdiyi açıqlamada deyib:

«ABŞ Xarici İşlər naziri, görüşdüyümüz günlərdə embarqo tətbiq edən ölkələrdən «ağlabatan və üzərində işlənə biləcək» bir şikayətlər siyahısı hazırlamalarını istəyib. İngiltərə Xarici İşlər naziri tədbirlərin «ölçüb-biçilmiş və həqiqi» olmasını istəyib. Siyahı isə bu meyarlarla üst-üstə düşmür».

Qətərli nazir eyni zamanda tələblərin məsələnin «terrorla mübarizədə bir əlaqəsi olmadığını və bunun Qətərin suverenliyini məhdudlaşdırıb, xarici siyasətin başqa bir yerə həvalə olunmasını istədiklərinin sübutu olduğunu» bildirib.

Əl-Cəzirə isə dörd ərəb ölkəsini ifadə azadlığını məhdudlaşdırmağa çalışmaqla ittiham edib və «heç bir hökumət və ya məqamdan gələn hər hansı bir basqıya boyun əymədən professional iş görmək haqqımızda israrlıyıq» deyə məlumat yayıb.

 

Embarqoların təsiri necə olub?

 

Qətərə qurudan Səudiyyə Ərəbistanı, dənizdən isə BƏƏ-dən gələn yük gəmiləri ilə gələn əsas idxalatı məhdudlaşdırılıb. Ətrafındakı hava sahəsinin böyük əksəriyyəti də bağlanılıb.

Lakin, kiçik və varlı ölkə alternativ marşrutlar taparaq iqtisadi çöküşün qarşısını ala bilir.

Böhrandan ən çox təsir görən isə qonşu ölkələrdə yaşayan və ya ailələri ilə sözügedən ərəb ölkələrində yaşayan Qətər vətəndaşları isə olub.

 

Tələblərə əməl olunmazsa, nə olacaq?

 

Birləşmiş Ərəb Əmirlikləri böhranda vasitəçi rolunu oynamağa çalışır.

BƏƏ Xarici İşlər naziri tələblər yerinə yetirilmədiyi təqdirdə Qətərlə «yolların ayrılacağını» söyləyib.

«Alternativ olaraq böhran artacaq. Alternativ yollar ayrılacaq. Ortaqların biri aktiv şəkildə ekstremizm və terrorizmi dəstəkləyirsə, bu ortaqlığı davam etdirmək çətindir», nazir deyib.

ABŞ prezidenti Donald Tramp böhranda Qətərə qarşı sərt bir mövqe göstərib və ölkəni «terrorun yuxarı səviyyəli dəstəkçisi» olmaqda günahlandırıb.

Fəqət, böhranın tərəfkeşləri olan bütün ərəb ölkələri Vaşinqtonun müttəfiqidir və Orta Şərqdəki ən böyük Amerika hərbi hissəsi Qətərdə yerləşir.