vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
11:30 | 20 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərə rus maşınları

Rusiya öz bazarında belə tələbat olmayan maşınlar tərəfdaşlarına ötürəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Gömrük İttifaqına daxil olandan sonra Rusiya avtomobilləri bu ölkənin bazarlarında əsas yer tutacaq. Erməni mətbuatının yazdığına görə, Rusiya 2014-cü il yanvarın 1-dən Avro-4 standartlarına uyğun avtomobillərin gətirilməsini qadağan edib. Belə ki, 2009-cu ildən Avropa üçün Avro-5 standartı qüvvəyə minib. Moskva bu addımını ətraf mühitin qorunmasından narahatlığı və bu addımla ətraf mühitə atılan zərərli maddələri azaltmaq istəyi ilə əlaqələndirir.

Qəzetlərin yazdığına görə, Rusiya avtomobilləri heç də Avropa standartlarına uyğun gəlmir. Rusiya sadəcə olaraq öz avtoməhsullarını tərəfdaşlarına "sırımaq" istəyir. Çünki hətta öz bazarında belə öz avtomobillərinə tələbat yoxdur. 
Tezliklə Gömrük İttifaqının üzvü olacaq Ermənistan Rusiyanın bu addımının ziyanını öz üzərində hiss edəcək. Bu günə kimi ermənilər buraxılma tarixinə baxmayaraq maşın alıblar. İndi hər şey başqa cür olacaq. Ekspertlər hesab edirlər ki, bu ölkədə Avropa və Amerika maşınlarının qiyməti o qədər qalxacaq ki, ermənilər könüllü olaraq Rusiya avtosənaye məhsullarını almalı olacaqlar.