vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
13:53 | 20 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2984 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öcalan marta qədər vaxt verib

«AKP, hər şeyə iqtisadi qazanc üzərindən baxır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada fəaliyyət göstərən qeyri-qanuni Kongra-Gel təşkilatının başçısı Rəmzi Qartal, Şimali İraqda kürdcə nəşr olunan Hawlati qəzetinə açıqlama verib. O, bildirib ki, İmralıda olan Abdullah Öcalan «kürd problemi»nin həlli müddəti mövzusunda lazımi addımların atılması üçün AKP hökumətinə martda keçiriləcək bələdiyyə seçkilərinin sonuna qədər vaxt verib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rəmzi Qartalın bu müddətin bitimindən sonra Ərdoğan hökumətinin ciddi addımlar atması vacib deyib. AKP-nin siyasətinin qazanc üzərinə qurulduğunu iddia edən R.Qartal «AKP, hər şeyə iqtisadi qazanc üzərindən baxır. İraq Kürdüstanı hökuməti ilə də bu istiqamətdə belə bir əlaqə yaradılmışdır».
R.Qartal İraqdakı regional kürd rəhbərliyinin Türkiyədəki «kürd problemi» və Suriyadakı Rojava bölgəsi mövzusunda AKP-nin İraqdakı bir qolu kimi siyasət fəaliyyətlə məşğul olduğunu da qeyd edib.