Kremlın gisli Şimalı Qafqaz planları
General Məlikov Dağıstanda hakimiyyət başına gətirilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Dağıstan rəhbəri postuna əsas namizəd «Rosqvardiya»nın direktorunun birinci müavini, general Sergey Məlikovdur. Virtualaz.org xəbər verir ki, bunu «Danışır Moskva» radiostansiyasının efirində Qafqaz xalqları Konqresinin həmsədri Ruslan Qurbanov deyib.
Xəbər verildiyi kimi ötən gün Dağıstan rəhbəri Ramazan Abdulatipov istefa ərizəsi yazdığını açıqlayıb. O, hakimiyyətdən getməsini «yaşla» əlaqələndirib. Bildirib ki, prezident Putin onun istefa ərizəsini tezliklə qəbul edəcək.
Qurbanovun bildirdiyinə görə, Ramazan Abdulatipovun istefası çoxdan hazırlanırdı. Və general Məlikovu da neçə ildir onun yerinə hazırlayırdılar. Belə ki, general Şimali Qafqaz federal dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub. Həmin vəzifədə Dağıstanla yaxından tanış olmaq və onun problemlərini öyrənmək imkanı əldə edib.
«Kreml məqsədyönlü şəkildə Şimali Qafqaz respublikalarının rəhbərliyinə federal səviyyədə karyera əldə etmiş generalları gətirir», - Qurbanov deyib.
Bəs Dağıstan rəhbərliyinə general Məlikovun gətirilməsi Kremlin hansı planlarından xəbər verir? Virtualaz.org Dağıstandakı situasiyaya bələd olan mənbələrə istinadən bildirir ki, Ramazan Abdulatiov bu respublikada vəziyyəti müsbətə doğru dəyişdirib, xüsusən iqtisadi dirçəlişə nail olub və gənclərin radikal islamçı qruplaşmalara axını azalıb. Lakin Kremldə hesab edirlər ki, Dağıstanda vəziyyəti tam nəzarət altına almaq üçün daha sərt xəttin yürüdülməsinə ehtiyac var. Və bunun üçün Dağıstanda nüfuzu olan Abdulatipov kimi siyasi xadimin «Qafqaz canişini» statusunda generalla əvəzlənməsi məntiqli görünərdi.
General Məlikov milliyətcə ləzgidir, 1965-ci ildə Moskva vilayətində anadan olub. Daxili qoşunlar general-polkovnikidir. Hazırda «Rosqvardiya» direktorunun birinci müavini və eyni zamanda Rusiya Milli Qvardiyası qoşunlarının komandanı vəzifəsini tutur. General Məlikov 2011-ci ildə Şimali Qafqaz üzrə antiterror əməliyyatlarının aparılması üzrə birləşmiş qoşun qruplaşmasının komandanı təyin edilib. 2014-cü ilin mayında isə Putin onu özünün Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə keçirib. General 2016-cı ilə qədər bu vəzifəni tutub.